/  
Ön yapraq » Oğuz xəbər » Dünya » S.Ərəbistan : İran rejimi Ərəb körfəzi ölkələrini qarışdırır

S.Ərəbistan : İran rejimi Ərəb körfəzi ölkələrini qarışdırır

OğuzTV: 10 şəhrivər 1395 ci günəş ili (Avqustun 31-də) Pekində səfərdə olan Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr jurnalistlərə açıqlamasında , İranın ərəb ölkələrinə böyük təhdid olması və Ərəb körfəzi ölkələrinin  (Küveytə, Bəhreynə, Səudiyyə Ərəbistanına və Yəmən)daxil işlərinə dəxalətindən söz açıb. 


“İran Ərəb ölkələrinə gizli yollarla silah-sursat qaçaq edərək , Bəhreynə, Küveytə, Ərəbistanına və Yəməndəki “husi” şiələrinə gizli yollarla silah-sursat və partılayıcı maddələr göndərir.  İran “husi”lərin Yəməndə hakmiyəti ələ alması üçün onları silahlandırır. Ancaq Ərəbistanı  buna heç vaxt icazə verməyəcək”diyə Adil əl Cübey deyib. Adil əl Cübeyr, jurnalistlərə açıqlamasında İranın region ölkələrinin daxili işlərinə müdaxiləsini pisləyən yeni bəyanatlar səsləndirib.

Adil əl Cübeyr bildirib ki, İran, müharibədə olub-olmadığını müəyyənləşdirməli, bu haqda qərar qəbul etməlidir: “İran hökuməti Bəşər Əsədə, Livan “Hizbullah”ına və Yəməndəki şiə “husi”lərə dəstək verməklə beynəlxalq qanunlara hörmətsizlik edib. Elə buna görə də hesab edirik ki, İranla müxtəlif sahələrdə sazişə gəlmək üçün bircə yol var. O da budur ki, bu ölkə bölgədə yürütdüyü siyasətinə yenidən baxmalı, onu dəyişməlidir.

Lakin təəssüflər olsun ki, biz hazırda İran siyasətində hər hansı bir dəyişiklik edildiyini müşahidə etmirik. Çünki, bu ölkə hələ də Suriyanın daxili işlərinə qarışır, “Hizbullah”ı və “husi”ləri dəstəkləyir. Bir sözlə, regionda təhlükəsizlik və sabitliyi təhdid edən bütün əməliyyatların arxasında İran dayanır. Bu gün biz İranın Bəhreynə, Səudiyyə Ərəbistanına və Küveytə gizli yollarla silah-sursat göndərməsini müşahidə edirik. Ran qərara gəlib müəyyənləşdirməlidir ki, bu ölkə müharibədədir, yoxsa yox. Əgər müharibədədirsə və beynəlxalq qanunlara ehtiramla yanaşmırsa və əgər regionda öz planlarını davam etdirirsə, o zaman belə bir ölkə ilə qarşılıqlı anlaşmağa gəlmək mümkün deyil”.
Adil əl Cübey deyib ki,  İran rejiminin Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Yəmənin daxili işlərinə qarışması üçün terror hərəkatini dəstəklir.
xeyrinə olacaq”.

Comments,Baxışınız
oguz gif telegram