/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Sabah Dünya Ana dili günüdür
امروز روز جهانی‌ زبان مادری است

Sabah Dünya Ana dili günüdür

OğuzTv:Hər il 21 fevral (şubat),Günəş tarixi ilə 2 ya 3 İsfənd, Dünya Ana Dili Günü  olaraq  qeyd olunur. UNESCO-nun təsis etdiyi bu günün qeyd olunmasında məqsəd dünyada «dillərin ölməsinin» qarşısını almaq, onların qorunub saxlanmasına diqqəti cəlb etmək,Ana dilində təhsil ala bilməyən millətlərin səsəini ucatmaqdır. Hazırda dünyada yaşayan 6 milyar insan 6 minə yaxın müxtəlif dillərdə danışır. Ancaq dünya dillərinin əksəriyyətində – 96 faizində cəmi 4 faiz insan danışa bilir. Dünya Ana Dili Günü 2000-ci ildən keçirilir.

Bu il YUNESKO ümumdünya insan hüquqları bəyannaməsinin 70-ci ildönümünündə bəyanat yayaraq dillə bağlı hər hansı ayrı-seçkiliklə əlaqədar xəbərdarlıq edir və bəyanatın 500-dən çox dilə tərcümə olunmasını böyük sevinclə qarşılayır.YUNESKO-nun Beynəlxalq Ana Dili Günü münasibəti ilə 

Birləşmiş Millətlər Təşkilatı (BMT) 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub.

Banqladeş nümayəndələri  fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Bu gün İranda olduğu kimi ana dili qadağan edilmiş millətlər üçün daha dərin və fərqli məna daşıyır.

İranın nizami işğalında olan Qaşqayıstan ,Güney Türkmənistan  və Güney Azərbaycanda hər il Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif tədbirlər həyata keçirilir,Muxtəlif şəhərlərdə əhali bir-birinə türkcə kitablar hədiyyə edir,evlərə gizli  Bildirilər yayılır və  divarlarda şüarlar yazılır. Ancaq bu tədbirlərin təşkilatçıları İran fars molla  rejiminin xüsusi təqib və təzyiqlərinə məruz qalır.

Hər il  Güney Azərbaycanın müxtəlif şəhərlərində çoxsaylı milli fəallar fars ırqçı rejim tərəfindən öncədən təhdid və təqib olunur və bir çoxu tutuqlanıb və ya boş ittihamlarıla mühakimə edilib və ağır həbs və sürgün cəzaları çıxardıb.

Hazırda iran zindanlarında bir çox Azərbaycanlı milli fəallar bu səbəbdən yatmaqdadır.

“Ana dildə təhsil” imkani, hazıırda iranda fars və erməni millətindən başqa digər 8 millətə qadağadır. Fars rejiminin prezedentləri və iran rejiminə qulluq edən azınlıq Azərbaycanalılar öz seçki kampaynalarında Güney Azərbaycan milli hərəkətinin əsas Şüari “Türk dilində Mədrəs” “”ana dildə təhsil “istəyini Təhrif edərək  onu ” Ana dilini öyrətim” çevrərək bu aladıcı şüar  altında özlərini Azərbaycan milli hərəkatina bəyəndirməğə çalışılar .
Baxmıyarq “Ana dilində Təhsil” istəyi ” Ana dilini öyertimlə” çox fərqli qavarmlar və fərqli siyasi və sosial hədəfləri olsada ancaq iran rejimi bu tələbidə heç bir zaman verməyib, vermiyəcək.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture