/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Saleh Kamrani: “Dövlət Türk kimliyini yox etməyə çalışır”

Saleh Kamrani: “Dövlət Türk kimliyini yox etməyə çalışır”

Oğuz TV: Ərəblərin Londonda yayımlanan “Şərqi Losət” qəzeti güneyli hüquq müdafiəçisi Saleh Kamranidən Güney Azərbaycanda baş verən son olaylarla bağlı müsahibə aldı.

Artıq bir neçə gündür ki, Güneydə baş verən olayları ilk səhifəsində işıqlandıran qəzet, Saleh Kamranilə müsahibəsində Güneydə millətimizin son ayaqlanmasına diqqət çəkdi. 

Qəzetin suallarını cavablandıran Kamrani, farslar tərəfindən Türklərin aşağılanmasının nə ilk, nə də son olduğunu bildirdi. Dövlətdə qeyri-fars millətlərə qarşı aşağılayacı bir düşüncənin olduğunu deyən Saleh Kamrani, İran dövlətinin əsas həflərindən birinin İran coğrafiyasından Türk milliyini yox etmək olduğunu dilə gətirdi. 

Saleh bəy,Qaşqay Türklərinin də dəstək verdiyinə diqqət çəkdi. 

Saleh bəy Türk, ərəb düşmanlığını fars dövlətinin təməlində olduğunu, Güney Azərbaycandakı Milli Hərəkatı özlərinə ən böyük təhlükə bilirlər və elə ona görə də manqurt adamları öz tərəflərinə keçirərək bəzən onların əli ilə Türkləri aşağılayırlar. 

Aşağılanan Türk milləti eyləmlər keçirən də isə, rejim bütün nizami qüvvələrini onların üstünə yeridərək, nəyin bahasına olur olsun bu eyləmləri basdırmağa çalışır deyə hüquq müdafiəçisi bildirdi. 

Güney Azərbaycanda son günlər baş verən hadisələri yalnız bu qəzet deyil, bir sıra xarici media diqqətdə saxlayaraq, hadisələr barədə xəbərlər yayımlayırlar. 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture