/  
Ön yapraq » Oğuz xəbər » Salehi:Dəhşətli olaylar baş verəcək: heç kim sağ qalmayacaq
Salehi:Dəhşətli olaylar baş verəcək: heç kim sağ qalmayacaq

Salehi:Dəhşətli olaylar baş verəcək: heç kim sağ qalmayacaq

OğuzTV:Sözdə Kürd Muxtariyyəti ucbatından İraqda böyük savaş başlaya bilər.

Bu sözləri “Doğan” agentliyinə açıqlamasında İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi söyləyib.“Bu savaşda kürdlər hansısa qazanc əldə etməyəcəklər. Hətta onlar bu savaşdan ən zərərli çıxan tərəf olacaqlar. Digər millətlər də zərər görəcəklər.

İraq iqtisadiyyatı ciddi itkilər verəcək. Bölgədə ciddi gərginliklər olacaq, minlərlə kilometr məsafədən raketlər atılacaq. Bu bölgədə maraqları olanlar Əl Qaidəni buraya gətirərək savaşları başlatdılar, ardınca isə İŞİD-i buraya göndərdilər. İŞİD kimlərinsə əmri ilə İraqa gəlib və indi də kimlərinsə əmri ilə İraqdan gedir. Növbəti mərhələdə isə İraqın ərazi bütövlüyü hədəf alınacaq. Bundan heç kim sağ qurtulmayacaq. Kürdlər də bölünəcəklər. Bəziləri Türkiyənin, bəziləri İranın, bəziləri də İraqın yanında yer alacaqlar. Şiələr də bölünəcəklər. Sünnilərin isə onsuz da xəritədəki yerləri təhlükədədir. Türkmanlar bu işdə çox zərər görəcəklər. Bundan sadəcə gizli servislər xeyir götürəcək”, – deyə o bildirib.

Comments,Baxışınız
oguz gif telegram