/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » “Sapı özümüzdən olan baltalar” iş başında

“Sapı özümüzdən olan baltalar” iş başında

Oğuz TV: Güney Azərbaycanın Sayınqala şəhərindən məclis  seçkilərinə qatılan  bir Türk molla  Sayınqalanı kürt şəhəri olaraq göstərdi.

Beləki, Sayınqala şəhərində dəftərxanasına təbliğat baneri asan Məhəmməd Mirzəyi bu  banerdə  Sayınqalanı kürdüstan olaraq göstərib.  Bu da Güneyin milli fəallarının etirazına səbəb olub. Milli fəallar, Türklərin şəhərini kürt şəhəri kimi göstərən mollanı Şurayi Nigahbana şikayət ediblər.  

Bundan başqa Səlmas şəhərindən məclis seçkilərinə namizədliyini verən Şəhruz Bərzigər, öz təbliğat şəklinin üstünə bu sözləri qeyd edib: “kürdüstan itmiş bir cənnətdi, gərək onu dirildəsən”

Namizədin bu sərsəm sloqanı Səlmas şəhərinin  sakinləri tərəfindən hiddətlə qarşılanıb. Onlar bu namizədə qarşı öz etirazlarını bildiriblər.

Göründüyü kimi, İran rejminin böyük dəstəyini alan bu “sapı özümüzdən olan baltalar” Güney Azərbaycan şəhərlərini kürt şəhərləri göstərərək, tariximizi, coğrafiyamızı təhrif etməklə məşğuldular.

 

Comments,Baxışınız
oguz gif telegram