/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Sel fəlakətində həlak olan soydaşlarımıza anım tədbiri keçirən öyrəncilərə məmurlar hücum etdi

Sel fəlakətində həlak olan soydaşlarımıza anım tədbiri keçirən öyrəncilərə məmurlar hücum etdi

Oğuz TV: Aprel ayının 14-ü axşam saatlarında Güney Azərbaycanın bölgələrində sel basqınları nəticəsində həlak olan soydaşlarımızı anmaq üçün Güney Azərbaycanın bir sıra üniversitetlərinin öyrənciləri anım mərasimi təşkil etdi.

Marağanın Azərbaycanşünası üniversitetinin öyrənciləri sel fəlakəti zamanı həlak olan soydaşlarımızın anim mərasimini keçirərək, onların xatirəsinə şam yandırdılar.

Öyrəncilər əllərində həlak olan soydaşlarımız ailələrinə və Azərbaycan xalqına başsağlığı yazılmış pankartlar açdı.

Urmunun Qazi Təbatəbəi üniversitetinin öyrənciləri də anım mərasimi keçirdi. Öyrəncilər üniversitetin konfrans salonuna toplanaraq əllərində sel faciəsi ilə bağlı yazılmış pankartlar açıblar. Mərasimdə çıxış edən öyrəncilərdən biri, sel fəlakətində ziyan görən millətimizə rejmin medyasının və rəsmilərinin diqqətsiz qaldığını vurğulayıb.

Öyrəncilər toplantıdan sonra üniversitetin həyətində həlak olanların xatirəsini yad edərək güllər düzüblər.

Üniversitetin təhlükəsizlik məmurları öyrəncilərə hücum edərək onlardan mobil telefonlarını və başsağlığı pankartlarımı almağa çalışıb. Lakin sayca məmurlardan çox olan öyrəncilər etiraz edərək məmurlara istədiklərini verməyib və anım mərasimini nəzərdə tutulmuş vaxta qədər davam etdirə biliblər.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture