/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Serj Sarksyan: “İranın Ermənistanla xüsusi bağları var”

Serj Sarksyan: “İranın Ermənistanla xüsusi bağları var”

OğuzTV:Ermənistan prezidenti Serj Sarkisyan  bir daha bildirib ki, ölkəsi İranla “qarşılıqlı maraq doğuran bütün sahələrdə” əlaqələri dərinləşdirmək niyyətindədir.

 

O, bazar ertəsi (avqustun 1-də) İranın “Şərq” qəzetinə müsahibəsində deyib ki, “ölkələrimiz və xalqlarımız arasında xüsusi əlaqələrin daha da inkişafı üçün çoxlu ön şərtlər var”.
 
ƏLAQƏLƏRİN DAYAQLARI
 
AzadlıqRadiosu-nun erməni xidmətinin məlumatına görə, Sarkisyan daha sonra qeyd edib ki, “Ermənistan və İran əlaqələri həmçinin “xristianlıq və islam arasında dialoqa”, “mədəni bənzərliklərə”, eləcə də, ümumi geopolitik maraqlara əsaslanır”. O bildirib ki, hər iki ölkə təhlükəsizliyin “qurucularıdır”:
 
“Ölkələrimiz regionda minilliklərdən bəri davam etmiş qonşuluq münasibətlərinin bir-birinə sıx bağladığı qədim və zəngin mədəniyyətlərin varisləridir”.
 
Bu həftə İranın yenidən seçilmiş prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün Tehrana yola düşəcək Sarkisyan bu münasibətləri bir daha vurğulayacaq. Ermənistan lideri 2013-cü ilin avqustunda da Rouhani-nin andiçmə mərasiminə qatılmışdı.
 
İran prezidenti Həsən Ruhani də təxminən eyni fikirləri səsləndirmişdi. “Bizim ölkələrimiz eyni mədəniyyətə və sivilizasiyaya aiddir”, – deyə o, ötən ilin dekabrında Yerevana rəsmi səfəri zamanı qeyd etmişdi.
 
O əlavə etmişdi ki, İran Ermənistana verdiyi təbii qazın həcmini artıracaq və xristian qonşusu ilə iqtisadi əlaqələri daha da dərinləşdirəcək.
 
AZAD TİCARƏT, VİZASIZ GEDİŞ-GƏLİŞ
 
Sargsian-sa “Şərq” qəzetinə müsahibəsində ikitərəfli əlaqələrdən danışıb. O, ikitərəfli ticari əlaqələrin gücləndirilməsinin vacibliyini də vurğulayıb. Prezident Ermənistandan İrana elektrik enerjisinin ötürülməsini əhəmiyyətli dərəcədə artıracaq yeni ötürücü xəttin inşasının davam etdiyini və yaxın gələcəkdə Ermənistanla İran sərhədində “azad iqtisadi zona”nın fəaliyyətə başlayacağını vurğulayıb.
 
Onun sözlərinə görə, İran və Avrasiya İqtisadi İttifaqına rəhbərlik edən Rusiya arasında azad ticarət danışıqları onun rəhbərliyi dönəmində başlayıb. Sargsian bundan başqa qeyd edib ki, İran sərmayəçiləri Ermənistanın Avropa İttifaqı ilə olan güzəştli ticarət rejimindən də faydalana bilərlər.
 
Bu ilin əvvəlində Ermənistanın Nəqliyyat nazirliyinin rəsmiləri və milli dəmir yolu şəbəkəsi iranlı biznesmenlərə kommersiya yüklərini Avropaya göndərmək və oradan qəbul etmək üçün Ermənistan ərazisindən istifadə imkanı da verib.
 
2016-cı ilin iyununda Ermənistan və İran arasında vətəndaşların vizasız gediş-gəlişini təmin edən razılaşma imzalanıb.
 
Sarkisyanın sözlərinə görə, o vaxtdan İrandan Ermənistana gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb.
 
HƏRBİ ƏMƏKDAŞLIQ GÜCLƏNİR
 
Yerevan və Tehran arasında hərbi əməkdaşlığın da gücləndiyi sezilir.
 
Ermənistanın Müdafiə naziri Vigen Sarkisyan bu ilin yanvarında Tehranda İranlı həmkarı Hüseyn Dehqan ilə görüşündə bu sahədə müzakirələr aparıb.
 
Sarkisyan  müdafiə sənayesini ikitərəfli əməkdaşlığın potensial komponenti kimi qiymətləndirib.
 
AzarlıqRadiosu
Comments,Baxışınız
oguz gif telegram