/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » Sevincləriniz bu gecə kimi uzun ,qəm kədəriniz bugün kimi qıssa olsun ,Çillənız qutlu olsun…Oğuz Medya
آزربایجان تورکلرینین قدیم بایرامی, چیلله Sevincləriniz bu gecə kimi uzun ,qəm kədəriniz bugün kimi qıssa olsun ,Çillənız qutlu olsun...Oğuz Medya

Sevincləriniz bu gecə kimi uzun ,qəm kədəriniz bugün kimi qıssa olsun ,Çillənız qutlu olsun…Oğuz Medya

Oğuz TV:”Buludunuz yağar, suyunuz axar, ocağınız yanar olsun. Yuxunuz şirin, ürəyiniz dərin, ömrünüz Çillə gecəsi kimi uzun olsun. Çillə gecəniz qutlu olsun.” 
Bu cümlələr son günlərdə bir çox turan ellərində başda Güney Azərbaycanın şəhərlərində ilin ən uzun gecəsi və ili ən qıssa gündüzü münasibəti ilə ağızlardan eşidilir. 

Çillə Gecəsi Türk Emperyasi Qacar Dövrü چیلله گئجه سی ,تورک امپراتورو قاجار زامانی

Çillə və ya gündoğan və ya yılda Gecəsi Qədim türk törəsidən gələn Türk Şamanist inancı ilə birləşən bayramdır,Səlcuqilər dövrü astronomi (Nucum) bilgilər üzərindən  (Çillə ,Son çərşəmbə ,Yeni günəş ili ya farslaşmış adıla “novruz ” kimi) elmi bayramları qeydə alıblar.

Çillə gecəsi ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir. Çillə şənlikləri Günəş(Şəmsi)təqvimində Azər ayının sonu(30), Milad təqvimində isə dekabrın 20-i, ya da 21-də keçirilir. Farslar min illər türk hakmiyəti altında olduğlarından dolayı bu bayramda digər türk törələri kimi “Yəlda adıla mənimsəyiblər. Yəlda Ya Yilda Ana dolu və özbək türkçə kökənli (Azərbaycan Türkçəsi ildə) bir sözdür və farslar bugün bunuda digər Azərbaycanın dəyərləri və varlığları kimi özlərinə çıxmağa çalışılar.

Çillə Türk Şaman İnanci ilə birləşən[ Doğuşdan, toydan və ya ölümdən keçən qırx günlük müddət ki Şaman inancindan gələn] bir elmi bayramdır.

Qədim türklər qış fəslini 3 yerə bölürdülər. Böyük çillə 40 gün, kiçik çillə 20 gün və bundan sonra 30 günlük boz ay gəlir. Daha mülayim olan böyük çillədən fərqli olaraq kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur.çillə demək çətinlik və eləcə çəkinmək və çəkmək (kəman yay kimi uzanan) deməkdir

Həmişə sərt soyuğuna görə kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Yaşı min illərə çatan bu mərasim həm də insanları qışda keçən mülayim havaya aldanmamağa çağırır.


Artıq kiçik çillə sərt üzünü göstərir. Soyuğu, qar-çovğunu ilə. Ancaq el arasında deyildiyi kimi, üzü yaza gedən qışdan qorxmağa dəyməz.
Bir çox hallarda “qış”ın əvəzedicisi kimi işlənən “çillə” sözü çətinlik,dərd-bəla, ağrı-acı,  müşkül anlamındadır.
Qış yerini yaza təhvil verən zaman yandırılan tonqala el arasında “çillə qovan tonqal” deyilməsi və İl bayramı ya Oğuz bayramı (Novruz) qabağı keçirilən mərasimlərə “çillə çıxartma”, “çilləkəsmə” adı verilməsi də qışın ağrı-acı, dərd-bəla, sıxıntı kimi “çillə” obrazında(rol) folklor biçimi qazandığını göstərir.
Ellərimiz arasında qışın oğlan çağı adlandrılan bu dövrdə havaların mütləq kəskin soyuması müşahidə olunur.
Bu onu göstərir ki, qədim türk inanclar sistemi təbiətin öyrənilməsində mükəmməl bilgilərə sahib idi.Şamanist Ya ərəbcə xurrəmi ya farsca Təbiət pərəst türklərin əski inanclara görə, onlar qışın tən ortasında görüşür.

 

Bütöv Azərbaycan şəhərlərində bu gecə üçün hazırlıqlar ən azı bir həftə öncədən başlayır.
Bu gecə Türk millətinin ağ saqaları və ailə böyükləri   yaz sezonundan saman altındas axladığı meyvələri  və kişmiş kimi yemişləri çəxarıb qohumlar və ailə fərdlərini bir arya gətirərk ,sabah kimi məhbət edib  ,bayti  və şeir oxumaq, rəqs etmə .. və bu kimi şənlikllər keçirir.Günümüzdə Quzey Azərbaycanın bəzi böyük şəhərlərində bu  atababa ənənəmiz yadlardan çıxmaqdadır.

Şəhərlərin mərkəzlərində meyvə və şirniyyat dükanları qalabalıq olur. Qarpız Çillənin əsas simvoludur, amma Azərbaycanın bəzi bölgələrində qarpızdan başqa, o bölgələrə məxsus olan şirniyyat və meyvələr də çillə süfrəsinin ayrılmaz hissəsi olub. Məsələn Savə şəhərində nar, Urmiyədə isə cəviz halvası  keşir halvası bu bayramın əsas atributlarındandırlar.Çillə gecəsi yaxınlaşdıqca bazarda qiymətlər ciddi şəkildə artmağa başlayır.

Güney Azərbaycan da çillə ərəfəsində Qarpız kimi meyvələr ,bir çox şəhərdə,müştərk olmaqla bəzi şəhərlərdə quru yemişlər fəqrlı çeşitlərdən olur  o cümlədən,Təbriz, Urmiyə ,Zəncan, Savə, Həmədan və Ərdəbil kimi şəhərlərdə yemişlər bir birindən  fərqlı olur.Urmiyə Doşab halvası ,Təbriz Pişmaniyə ,Ədəbil yerkökü halvası,Xoy quru tut …

 

Çillə gecəsi İranda əsir Azərbaycan vilayətləri və başqa bölgələrlə yanaşı Quzey Azərbaycan Cumhuriyyətində özəliklə Naxçıvan muxtar respublikası və Türkiyənin Azərbaycanlı şəhərləri Van, Qars və İğdır vilayətlərində qeyd edilir.


Sevincləriniz bu gecə kimi uzun ,qəm kədəriniz bugün kimi qıssa olsun ,Çillənız qutlu olsun…Oğuz Medya

Comments,Baxışınız
oguz gif telegram