/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Şirazda “Bu yol gedir Təbrizə” adlı sərgi keçirildi

Şirazda “Bu yol gedir Təbrizə” adlı sərgi keçirildi

Oğuz TV: İran rejminin əsir saxladığı Türklərdən biri olan Qaşqay Türkləri Şirazda Qaşqay evində  sərgi təşkil ediblər.

“Bu yol gedir Təbrizə” adlı sərgidə Qaşqay elinin Azərbaycandan ayrılmasını göstərən maketlər sərgilənib. Sərginin təşkilatçıları Qaşqay Türklərinin Güney Azərbaycandan ayrılmasını at belində əli tüfəngli insanların köçünü əks etdirən maketlərlə göstəriblər. Elə “Bu yol gedir Təbrizə” musiqisinin sədaları altında təqdim edilən sərgi, böyük ayrılığı kiçik maketlərlə diqqətə çatdırdı.

Xatırladaq ki, sayları 1 milyon olan Qaşqay Türkləri Millətlər həbsxanası İranda eynən Güney Azərbaycan Türkləri kimi, bütün haqq və hüquqlarından məhrum halda yaşayırlar.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture