/  
Ön yapraq » Oğuz xəbər » Sitənin başlatdığı kampaniya dünyanın diqqətini torpaqlarımızın işğalına çəkdi

Sitənin başlatdığı kampaniya dünyanın diqqətini torpaqlarımızın işğalına çəkdi

Oğuz TV: “Karabakh Today” sitəsi  “Nagorno Karabak his Azerbaijani territory “ adlı kampaniyasını davam etdirir. Erməni işğalçıları tərəfindən qəsb edilən Qarabağın bir Azərbaycan torpağı olması və bu torpaqların işğalına dünyada diqqət çəkmək üçün  belə bir kampaniya başladılıb.

Bu kampaniyanı başladan “Karabakh Today” sitəsinin təsisçisi Zaur Qəriboğlu kampaniyayla bağlı bunları dedi: “Bu kampaniyanı “Karabakh Today” başladıb. Məqsədimiz ilk öncə Qarabağın hansı şəhərkən olmağımızdan  asılı olmayaraq, hamımızın vətəni olduğunu anlatmaq və bütün dünyaya Azərbaycanda siyasi baxışından asılı olmayaraq, uşaqdan böyüyə hərkəsin Qarabağ məsələsində eyni fikirdə olduğunu göstərməkdi. Bu kampaniyaya xarici ölkələrdəndə qeyri-türklər dəstək veririlər. Kampaniyamıza dəstək verən xaricilərin əhəmiyyəti ondan ibarətdir ki, digərləri də onlara baxaraq, bu məsələdə haqlı tərəfin haqqını müdafiə etsinlər.Ən əsas isə Qarabağ  adını beyinlərdə təkrarlatmaqdı.

Qeyd edim ki, bu kampaniyanı heç bir yerdən nə maddi, nə də mənəvi dəstək almadan təşkil etmişik. Kampaniyaya Güney Azərbaycandan çox sayda ziyalımız da dəstək verib.”

Təxminən 1 aydır ki davam edən kamaniyaya Türkiyə başda olmaqla bir çox ölkələrdən, özəlliklə üniversitet tələbələrindən böyük dəstək gəlməkdədir.

Təşkilatçılar kampaniyanın sonunda albom buraxıb xarici ölkələrdə yaymaq niyyətində olduqlarını da dilə gətirdilər.  

Comments,Baxışınız
oguz gif telegram