/  
Ön yapraq » Oğuz xəbər » Soydaşlarımız geri alınmış topraqlarımıza qayıdır

Soydaşlarımız geri alınmış topraqlarımıza qayıdır

Oğuz TV: Ermənilərin işğalından azad edilmiş Azərbaycanın Cəbrayıl rayonunda yerləşən “Uşaq Mərcanlı Kendi” nin torpaqlarından zorla çıxarılan Azərbaycanlıların, evlərinə geri dönüşü başladı. İlk dəfə gazətəçilərin ziyarətinə açılan Uşaq Mərcanlı kəndində məskunlaşın yenidən başlaması üçün işlər davam edir.

 
 2016-ci ilin Aprel ayında Ermənistanla yaşanan şiddətli qarşıdurmalar sonra ilk dəfə Azərbaycan, işğal altındakı “Lele Təpə” adlı strateji açıdan önəmli toprağı geri almağı başardı. Topraqların geri alınmasının ardından, öz torpaqlarına qayıtmağı dörd gözlə gözləyən soydaşlarımız üçün, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişilə mənzil layihəsi başlanılıb.
 Oğuz TV nin aldığı bilgiyə görə, Qaçqın və Köçkünlər Dövlət Komitəsinin Sədr Müavini Fuad Hüseynov, “İlk fazada 50 ev və məktəbin təmir edilir. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə bu bölgədəki evlərin rəsmiləşdirilməsi və tapu çıxarılması işləri aparılır. 150-200 ailənin burada yaşaması üçün kənddə işlər görürük. İnsanlar öz torpaqlarına qayıdacaq. 200 dən çox ailə öz torpaqlarına, öz kəndlərinə qayıtmaq üçün bizə müraciət etmişdi və biz əminik ki, bu say daha da artacaq” dedi.
 
 İlk fazada bölgənin minalardan təmizlənməsi üçün işlər aparılır. Mina təmizləmə işlərindən sonra bu ərazidə 150-200 ailə üçün mənzil layihəsi başlanılacaq. Bu layihənin də il sonuna qədər bitirilməsi planlaşdırılır.
 23 ildir bölgədə yaşayan Oqtay Hacıyev, “Bizim qədim kəndimiz yenidən formalaşır. Gözəl evlər inşa ediləcək. İnşallah, insalarımız gözəl bir şəkildə burada yaşayacaq. Bu torpaq bizim. İnşallah, Qarabağın hər yerinə insanlarımız geri qayıdacaq” dedi.
Comments,Baxışınız
oguz gif telegram