/  
Ön yapraq » Oğuz xəbər » Spor durağı » 9 güləşçimizin Dünya Güləş Birliyinin reytinq siyahısında

9 güləşçimizin Dünya Güləş Birliyinin reytinq siyahısında

OğuzTV:Dünya Güləş Birliyi 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi yunan-Roma (ferəngi) güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan mediasının yayılan məlumata görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Avropa Oyunlarının qızıl medalçısı, Las-Veqasda keçirilən Dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, son Dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb. Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də Elvin Mürsəliyev və Sabah Şəriəti olub. Elvin 6-cı, Sabah isə 4-cü sırada qərarlaşıb.

Onluğa daxil olan güləşçilərimizdən Həsən Əliyev 9-cu, Rafiq Hüseynov və Saman Təhmasibi 5-ci sıradadırlar.

 

 59 kq

  1. Rövşən Bayramov – Dünya çempionatı 2-ci yer (2)

 

 66 kq

  1. Həsən Əliyev – Qızıl Qran-Pri 3-cü yer (8)

 

 71 kq

  1. Rəsul Çunayev – Dünya çempionatı 1-ci yer (1)

 75 kq

  1. Elvin Mürsəliyev – Qızıl Qran-Pri 3-cü yer (6)

 

 80 kq

  1. Rafiq Hüseynov – Qızıl Qran-Pri 2-ci yer (6)

 

 85 kq

5.Saman Təhmasibi – Dünya çempionatı 3-cü yer (2)

 

  1. İslam Abbasov – Qızıl Qran-Pri 3-cü yer (13)

 

 98 kq

  1. Şalva Qadabadze – Qızıl Qran-Pri 1-ci yer (16)

 

 130 kq

  1. Sabah Şəriəti – Qızıl Qran-Pri 1-ci yer (4)

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture