/  
Ön yapraq » Oğuz xəbər » Bakı 2017 ,4-cü İslam Həmrəyliyi Oyunların həyəcanı ölkəni və dünyanı bürüyüb

Bakı 2017 ,4-cü İslam Həmrəyliyi Oyunların həyəcanı ölkəni və dünyanı bürüyüb

OğuzTV:12 -22May tarixlərində Bakı 2017 ,4-cü İslam Həmrəyliyi Oyunlarının dörd qitəni əhatə edən 58 ölkədə yayımlanması təmin olunacaq.İslam dünyasını birləşdirən, 12 – 22 may 2017-ci il tarixlərində Quzey Azərbaycanda keçiriləcək Bakı 2017 İslam Həmrəyliyi Oyunları çöxnövlü idman(Vərzeş-Spor) yarışlarını əhatə edən maraqlı və coşğu dolu bir tədbirdir. 

Qazaxıstan, Türkmənistan, Tajikistan, Qırğızıstan və Özbəkistan,Banqladeş, Pakistan, İndoneziya, Malayziya, Əfqanıstan, Maldiv və eləcədə iran adlananölkə mediasına Bakı 2017 İslam Həmrəyliyi Oyunlarını izləmək imkanı verəcək.

Quzey Azərbaycan dövlət Tv radiyosu
– 12 və 22 may tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək açılış və bağlanış mərasimlərinin canlı yayımı
– Oyunlar zamanı nümayiş etdirilən ən yaxşı idman göstəriciləri və medal uğrunda mübarizə məqamlarını xarakterizə edən bir saatlıq gündəlik icmal proqramı,
– Futbol üzrə Türkiyə, Kamerun, Mərakeş, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandalarının mübarizə aparacağı bütün 16 yarışın canlı yayımı
– Oyunlara dair iki saatlıq icmal proqramı 
və… 58 ölkədə yayacaq.

İmzalanan bu müqavilə bundan öncə, Yaxın Şərq və Quzey Afrika, Böyük Səhradan cənubda yerləşən Afrika ölkələri, Türkiyə, Karib adaları və oyunlara ev sahibliyi edən Quzey Azərbaycan ərazisində Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarını yayımlamaq barədə Ərəb Dövlətlərinin Yayım Birliyi (ASBU), TV Media Sport (TVMS), TRT, Milli Rabitə Şəbəkəsi (NCN), ATV və AzTV ilə artıq mövcud olan müqavilələrin fonunda yer alır.

 
Bakı 2017 İslam Həmrəyliyi Oyunları dörd qitədə yerləşən 58 İHİF üzvü dövlətlərin hər birindən olan idmançıların iştirakı ilə səciyyəvidir. Idmançılar futbol, yüngül atletika, gimnastika, güləş və boks daxil olmaqla 20 idman növü üzrə 270 medal dəsti uğrunda mübarizə aparacaqlar.Bütün dünya üzrə islam ölkələrindən olan idmançılar 20 müxtəlif idman sahəsinin 23 növünü (atletika və para atletika, su idmanı – suya tullanma, su idmanı – üzgüçülük, su idmanı – su polosu, basketball 3×3, futbol, gimnastika – idman, gimnastika – bədii, uşu, stolüstü tennis, həndbol, cüdo və para cüdo, güləş – yunan, güləş – sərbəst, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvando və ağırlıq qaldırma) əhatə etməklə 10 gündən artıq davam edən yarış müddətində Bakı şəhərində 16 müasir yarış məkanında öz ölkələrini təmsil edəcəklər.

oguz gif telegram