/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » “Traxtur” “ Əl-Hilal”la oyunlarını qardaş ölkələrdən birində oynaya bilər

“Traxtur” “ Əl-Hilal”la oyunlarını qardaş ölkələrdən birində oynaya bilər

Oğuz TV: Asiya Çempionlar Ligindəki tək takımımız olan Təbrizin “Traxtur” takımı, Səudiyyə ərəbistanın takımı ilə oynayacağı oyunlar üçün üçüncü ölkə olaraq Özbəkistan və ya Türkmənistanı seçəcək.

“Traxtur”  takımının yetkililərinin iran Futbol Federasyonuna yolladığı məktubda Səudiyyə Ərəbistanın Əl-Hilal takımı ilə oynayacağı oyunlarını  üçüncü ölkə olaraq qardaş Özbəkistan və ya Türkmənistan olmasını istəyib.

Məlumat üçün bildirək  ki, İran və Səudiyyə Ərəbistan arasında yaranmış diplomatik gərginliklərdən dolayı “Traxtur” və “Əl-Hilal” oynayacaqları ev oyunlarını üçüncü bir  ölkədə oynamaq qərarına gəliblər.

Asiya Çempionlar Liginin C qrupunda mübarizə aparan “Traxtur” takımımız keçirdiyi 3 oyundan sonra 6 xalla bu qrupda liderliyini davam etdirir.  

Comments,Baxışınız
oguz gif telegram