/  
Ön yapraq » Oğuz xəbər » Spor durağı » Traxtur ligdə ilk qələbəsini qazandı

Traxtur ligdə ilk qələbəsini qazandı

Oğuz TV: Traxtur  ligin 3-cü həftəsində ilk zəfərini qazandı.

Bu gün Təbrizin “qırmızı qurdlar”ı Peykan takımını qəbul etdi. Gərgin keçən oyunda Traxtur 23-cü dəqiqədə Lüsiano Edinho, 27-ci dəqiqədə Məhəmməd İbrahimi və 51-ci dəqiqədə Jasim Kərrarın vurduğu qolla rəqibini yendi.

 Peykan takımı vurulan 3 qola yalnız 29-cu dəqiqədə Sadeqinin qolu ilə cavab verə bildi. Bundan başqa qonaq takımın gücü yetmədi Traxtur torunu sirkələməyə. 

Beləliklə, ligin 3-cü həftəsində Traxtur böyük hesablı qələbə qazanmaqla xallarının sayını 5-ə yüksəltdi.

Hazırda takımımız 5 xalla turnir cədvəlinin 3-cü yerində qərarlaşıb. Traxtur hələki cədvəlin başında gələn Perspolis takımından 2 xal geridədi. 

 

Comments,Baxışınız
oguz gif telegram