/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Sulduzda gərginlik davam edir (VİDEO)

Sulduzda gərginlik davam edir (VİDEO)

Oğuz TV:Güney Azərbaycanın Sulduz şəhərində etirzlar davam edir. Şəhərdə internet və telefon bağlantısı kəsilib, insanların bir-biri ilə əlaqə saxlaması çətinləşib. Ordakı etirazlara baxmayaraq, Sulduzun fərmandarisi heç bir açıqlama verməyib.Fərmandari nə millətə açıqlama verir, nədə Sulduzdan  seçilən nümayəndəni açıqlayır. Şəhərdə isə artıq 3 gündür ki, Türk millətinin etirazlari davam edir. Etirazlar hətta gecə gec saatlarına qədər bitmək bilmir.

Xatırladaq ki, İran rejminin kürt mühacirləri gətirib Qərbi Azərbaycanda yerləşdirməsinin nəticəsində, bu torpaqları özünün küləşdirməyə çalışan kürt gəlmələr, 7 isfənddə İranda keçirilən 10-cu məclis seçkiləri zamanı rejimin yardımıla saxtakarlıq edərək, öz nümayəndələrinin xeyrinə sandığa çox sayda kağız atıblar ,aynı zmanda digər şəhərlərdən gələn gəlmə kürdləridə Sulduza gətirərək səs saylarını artırmağa çalışıblar. Bundan sonra Sulduz şəhərinin yerli sakinləri buna etiraz edib, saxta səsləri aydınlaşdırıblar. Gəlmə kürtlərlə soydaşlarımız arasında gərginlik yaranıb. Soydaşlarımız Sulduz fərmandarisindən bununla bağlı açıqlama tələb edirlər, lakin fərmandari hələ heç bir söz deməyib.

Diqqətinizə çatdıraq ki,  İranda seçkilər tamamən rejimin öz kontrolu və yönətimdədir və İran coğrafiyasında olan  millətlər, seçki zamanı sadəcə rejimin öznün seçdikləri adaylara səs vermə haqları vardır. Rejimin qəbul etməyən şəxslərin  adaylıq və namzədlıq  irəli sürəmə haqına sahib deyillər, Adıarı adaylığa sürülsədə  “Nigahbən “adlı qurum tərəfindən adaylığı rəd olub seçki yarışına girə bilməyəcəkdir.
Uzun  sözün qssası İranda  adayların seçki yarışı ,öncədən sonucu bəlli olan bir rejim oyunudur.Azərbaycan türkləri illərdir iranin seçkilərini kütləvi təhrim etmiş və Batı Azərbaycan əyaləti xaric Azərbaycanın digər bölgələrində millət kütləvi olaraq rejimin oyununda iştirak etmir.

Qerbi  Azərbaycanın Urmu və Sulduz kimin bölgələrində son illərdir millətimiz türk kökənli olan adaylara səs verir. Batı şəhərlərində millətimiz adayların rejimlə bağlantısına baxmadan bu bölgədə “kürd bölgəsi kimin yansıtma” siyasətinin önün almaq üçün formalitə olaraq sandıq başına gedib Türk kökənli adaya səs verir  .


Qeyd edək ki, Sulduzda baş verən bu olaylarla bağlı İran rejmi şəhərə özəl polis qüvvələri yeridib.

Comments,Baxışınız
oguz gif telegram