/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Sulduzlu Milli fəal Hamid Allahverdipur məhkəməyə çağırılıb

Sulduzlu Milli fəal Hamid Allahverdipur məhkəməyə çağırılıb

OğuzTV:İran rejimi Güney Azərbaycan milli hərəkətinə təziqlərin qat qat artırıb.Oğuztv Xəbər otağının Güney Azərbaycanın sulduz şəhərindən aldığı xəbərə əsasən ,Sulduzlu milli fəal Hamid Allahverdipur tekrar  məhkəməyə çağırılıb. 

Hamid Allahverdipur digər güneyli milli fəalları ilə birgə (1396-05-17) 2017ci ilin Agustusun 8də yerlı vaxtıla saat 10 da(Təbriz vaxtıla) “iran adlanan ölkənın təhlükəsizliyini pozamaq” ,”İran dövlətçilik sisteminə qarşı qruplar təşkil etmək” Rejimin muxaliflərilə iş birliyi etmək ” kimi qondarma ittiahamlara cəvab vermək üçün hakim  qarşısına çıxmalıdır.

 

Qeyd edək Mart ayında Rejimin  “Əhər İnqilab”Məhkəməsinin savcisi tərəfindən (dadsetandan)Telfon Mesajila H.Allahverdipurdan,  məhkəməyə qatılmasını istəmişdır.

 Xatırladaq 2015-ci il noyabrın 9-da fars ırqçılığına qarşı güney Azərbaycan şəhərlərində günlərcə milli eyləmlər  ve etirazlar (Aban93 qiyami) baş verdiyində mili fəal Hamid Allahverdidə digər milli fəallar kimi bu etirazlarda  fəal iştrak etmiş və 32 soydaşımızla birlikdə iran ittilaat  qüvvələri tərəfindən Əhər şəhərində tutuqlanməşdır.O “İranın təhlükəsizliyini pozmağa cəhd göstərmək,Milli əmniyəti təhlükəyə atmaq” ittihamilə günlərcə İttilaat türmələrində istintaq və işgəncəyə məruz qaldıqdan sonra mülki vəsiqə qarşılığında müvvəqət azad olmuşdu.

 .

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture