/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Süriyədən gələn acı xəbərlər bitmir; 5 Əsgərimiz şəhid oldu

Süriyədən gələn acı xəbərlər bitmir; 5 Əsgərimiz şəhid oldu

Oğuz TV: Fərat Qalxanı Hərəkatı çərçivəsində Suriyanın Əl Bab bölgəsində yerləşən Türkiyə birliyinə olan saldırıda 5 əsgər daha şəhid oldu.
 
Oğuz TV nin aldığı bilgiyə görə, Türk Silahlı Qüvvələri, Suriyanın quzeyindəki terror hədəflərinə qarşı davam edən Fərat Qalxanı Hərəkatının 170 inci günündə, terror təşkilatı İşidə (DAEŞa) aid toplam 253 hədəf, havadan və yerdən vurulub. Türk Silahlı Qüvvələri dəstəyi ilə Əl Baba’da əməliyyat keçirən Azad Suriya ordusuna bağlı birliklər, rayon mərkəzində əməliyyata başladı.
 
 Suriyada davam etdirilən Fərat Qalxanı Hərəkatında, Əl Bab bölgəsində terror təşkilatı DAEŞ ünsürlərinin hücumunda 5 əsgər şəhid olub, 10 əsgər yaralanıb.
 
 Dünən 5 əsgərin şəhid olduğu və 170 inci gününə girən Fərat  Qalxanı Hərəkatı çərçivəsində, Əl Babın ələ keçirilməsinə qarşı aparılan əməliyyatlar zamanı, səhər saatlarında DAEŞLI terrorçular ilə Türk əsgəri arasında çatışma çıxdı. Hələ də davam etdiyi bildirilən toqquşmalarda 5 əsgər şəhid olub, 10 əsgər isə yaralanıb. Saldırının ardından DAEŞ terror təşkilatı ünsürlərinin olduğu sahələr, yerdən və havadan atəş altına alındı.
 
 Yaralı əsgərlər müalicə üçün Türkiyənin Kilis Dövlət Xəstəxanasına sövq edilərkən, bu gün saat 11.30da 1, saat 14.40da isə 4 şəhidin cənazəsi Helikopter Qaziantepə gətirildi.

 

Comments,Baxışınız
oguz gif telegram