/  
Ön yapraq » Oğuz xəbər » Suriyada savaş cəbhələri genişlənir .

Suriyada savaş cəbhələri genişlənir .

OğuzTV:Suriyada get getdə durum daha gərginləşir .

BƏƏ və Sudi Ərəbistan Suriyaya qoşun göndərir
BƏƏ (EMARAT ƏRƏBİ) hökuməti koalisiya tərkibində “İraq-Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasına qarşı mübarizədə iştirak etmək üçün Suriyaya qoşun göndərməyə hazır olduğunu bəyan edib.”Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ərəb ölkəsinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş məlumat verib.
426eebee-d603-46b7-837f-12873a13f7ef_16x9_600x338
Nazir söhbətin min hərbçidən getdiyini və bu məsələdə ABŞ-ın mövqeyinin BƏƏ üçün zəruri olduğunu əlavə edib.
Suriyada İŞİD-ə qarşı quru əməliyyatlarının aparılması təşəbbüsü ilə ilk olaraq ABŞ çıxış edib. Ardınca Səudiyyə Ərəbistanı və Bəhreyn Birləşmiş Ştatlarla həmrəylik nümayiş etdirib.
Türkiyə : “Rusiya Suriyada öldürdüyü insanların hesabını versin”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya rəsmilərinin Ankaranın Suriyaya qarşı hərbi əməliyyatlara hazırlaşması barədə iddialarına cavab verib.
APA TV-nin məlumatına görə, Ərdoğan Seneqalda keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiyanın bu yanaşma tərzini gülüşlə qarşılayır: “Rusiya əvvəlcə Suriya sərhədləri içərisində öldürdüyü insanların hesabını versin. Əsəd rejimi ilə birlikdə öldürdükləri insanların sayı 400 min nəfərə çatıb. Rusiya Suriyada işğalçılıq siyasəti yürüdür”. Ərdoğan bəyan edib ki, əslində Suriyada Əsəd rejimi bitib. Onun sözlərinə görə, hazırda Suriya ərazisi İŞİD və digər terror təşkilatları arasında bölüşdürülüb. Türkiyə prezidenti deyib ki, ölkəsi təhdid altındadır: “Bizim Suriya ilə 911 kilometrlik sərhədimiz var. Rusiyanın, İranın sərhədi varmı? Onlar orda nə edir? Dedikləri budur ki, bizi Əsəd çağırıb. Hər çağırılan yerə getməzlər. Çünki orda dövlət terroru həyata keçirən Əsəd var. Zalımdır, qatildir. Ona dəstək verən də o suça ortaqdır”.Rəcəb Tayyib Ərdoğan məlumat verib ki, Türkiyəyə Suriyadan 2 milyon 700 min, İraqdan isə 170 min qaçqın gəlib. Onun sözlərinə görə, indiyədək Türkiyənin dövlət büdcəsindən qaçqınlar üçün 9 milyard dollar xərclənib.

Digər tərfdən suryada savaşdan qaçan 350 min qaçqın türkiyə qapısına dayanıb .Türkiyənin Suriya ilə sərhəddə yerləşən Öncüpınar gömrük-keçid məntəqəsinə doğru böyük qaçqın axını başlayıb.
Türkiyə mediasının məlumatına görə, hazırda ölkənin dövlət sərhədinə doğru hərəkət edən qaçqınların ümumi sayı yüz mindən də artıq ola bilər. Bildirilir ki, qaçqın axınının əsas səbəbi son günlər Suriya ərazisindəki silahlı qarşıdurmanın daha da kəskinləşməsi, eləcə də yaşayış məntəqələrinə hava zərbələrinin endirilməsidir.

Biz, qaçqın düşərgələrini kimlərinsə təqdirini qazanmaq üçün yaradmırıq.
Məqsədimiz yardım etməkdir”. “Report”un “Anadolu Ajansına” istinadən verdiyi xəbərə görə, bu fikri Türkiyənin xarici işlər naziri Mevlüd Çavuşoğlu Hollandiya mətbuatına açıqlamasında deyib.Suriyadan Türkiyəyə keçməyə çalışan 35 min qaçqın
O, bildirib ki, hazırda Hələb bölgəsində baş verən proseslər ciddi narahatlığa əsas verir. “Ölümdən qaçan suriyalıların sayı 50 və ya 70 minlə kifayətlənməyəcək. Hələb vilayətində təxminən 3 milyon insan yaşayır. Türkiyədə artıq 2.5 milyon suriyalı yaşayır. Yeni yükü tək başına qaldıra bilmərik”, – deyən Çavuşoğlu, Avropa
İttifaqından dəstək gözlədiklərini vurğulayıb.
Türkiyə diplomatiyasının rəhbəri Rusiyanın dəstəyi ilə aparılan əməliyyatların dərhal dayandırılmasına çağırıb.

Muxalif qüvvələr durmadan savaşır 

Suriya müxaliflərinin silahlı qruplaşmalarından biri olan “Ceyşul İslam”ın  paytaxt Dəməşqin Şərq Quta bölgəsindəki Merc mahalı yaxınlığında  Əsəd rejiminin  əsgərlərinə  qurduğu pusqu nəticəsində rejimin 50 əsgəri öldürülüb.
 
Avropa.info xəbər verir ki, bu haqda Türkiyənin rəsmi Anadolu Agentliyi məlumat yayıb.
Məlumata görə, sözügedən  bölgə müxaliflərlə Əsəd qüvvələri arasında sıx qarşıdurmaların yaşandığı ərazi idi.

Əsəd qüvvələrinin 3 gündür adıçəkilən ərazilərdəki müxalif qüvvələrə ağır silahlarla atəş açdığı bildirilir.  

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture