/  
Ön yapraq » Oğuz xəbər » Suriyadan Türkiyəyə keçməyə çalışan 35 min qaçqın

Suriyadan Türkiyəyə keçməyə çalışan 35 min qaçqın

OğuzTV:Suriyadan Türkiyəyə keçməyə çalışan qaçqınların sayı gözləniləndən iki dəfə daha artıqdır.

Karabakhmedia.az-ın məlumatına görə, hazırda Kilis bölgə  sərhəd buraxılış məntəqəsi qarşısında 35 minə yaxın suriyalı qaçqın var. Rəsmilər qaçqın sayının artacağını da istisna etmirlər.

Türkiyə hökuməti qaçqınlara kömək etməyə hazır olduqlarını bildiriblər. Lakin sərhədlər hələ ki, qapalı olaraq qalır.

Qaçqınlar hökumət qüvvələrinin Hələbin şimal rayonlarına hücumları nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıblar. Suriya hökuməti Rusiya hərbi hava qüvvələrinin də dəstəyi ilə Hələbdə üsyançıların zəbt etdiyi bir neçə bölgədə nəzarəti bərpa etdiyini bildirir.

Suriyanın xarici işlər naziri Valid Müəllim bildirib ki, ölkəyə xaricdən müdaxilə edən istənilən şəxs evinə tabutda geri göndəriləcək.

Nazir Səudiyyə Ərəbistanın Suriyaya müdaxilə edə biləcəyinə dair bəyanatından sonra belə bir açıqlama verib.

Karabakhmedia.az

Comments,Baxışınız
oguz gif telegram