/  
Ön yapraq » Oğuz xəbər » Suriye savaşı daha gərgin hal alır

Suriye savaşı daha gərgin hal alır

OğuzTV: Bir gün öncə Rusiya Hərbi Hava Qüvvələrinə aid Su-34 təyyarəsi Türkiyənin hava sərhədini pozub.
Türkiyədən sərd duruş
Rusiya bütün ölkələrin, həmçinin Türkiyənin hava sərhədlərinə hörmət etməlidir”. Bunu Səudiyyə-Ərəbistanında səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

“Rusiya qırıcısı sərhədlərimizi pozub. Məlumatlar gəldikdən sonra prezidentlə müşavirə keçirdik. Rusiya səfiri məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinə (XİN) çağırıldı. Rusiyanın sərhədlərimizi pozmasını gizlətməsi mümkün deyil. Rusiya Suriyada müxalifləri bombalayır. Rusiyaya növbəti dəfə xəbərdarlıq edirəm. Rusiya bütün ölkələrin sərhədlərinə hörmət göstərmək məcburiyyətindədir”, – Davudoğlu bildirib.
Rusiyanın güc deyşməsi

“Qərbin hərbi rəsmiləri Rusiyanın silahlarının və strategiyasının müasir dövrə uyğun olmadığını düşünürdü.Onlara görə, Rusiyanın Hərbi Hava Qüvvələrinin bomba və raketləri ağılllı olmaqdansa, axmaq idi. Donanmaları isə hazır olmaq yerinə paslanmışdı. Lakin Rusiyanın Suriyadakı əməliyyatları Qərbi şoka saldı.

Axar az sitəsinin yaydığı məlumata görə  Rusiya Prezidenti Vladimir Putinin Suriyadakı müdaxiləsi oyunun gedişatını tamamilə dəyişdirdi. Suriyada baş verənlər çox güman ki, Putinin tam nəzarətindədir. Rusiyanın Suriyadakı hava əməliyyatları NATO-nu yuxudan oyatdı. Artıq Yaxın Şərqdə bir şeylər etmək istəyən hər kəs mütləq Moskvanın qapısını döyməli olur”, – qəzet qeyd edib.

Amerika və Nato`dan Türklərə dəstək
Rusiya qırıcısının Türkiyə hava məkanını pozduqdan sonra NATO ilə yanaşı Amerika  da Türkiyəni müdafiə edib. Amerika Müdafiə Nazirliyinin sözçüsü Mark Rayt Rusiyanı bölgədəki sabitliyi pozmaqda günahlandıraraq rus qırıcısının Türkiyə sərhədini pozmasını tənqid edib.
O, yaranan siyasi gərginlikdə Türkiyəni dəstəklədiklərini və sabitliyin bərpa olunması üçün tərəflərin görüşməli olduqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, Rusiya sentyabrın 30-dan bu yana Suriyada hava əməliyyatları aparır və İran rejimidə yerdən Ruslara və Əsəd rejiminə dəstək verir.


Türklərə qarşı İran yinə Ruslar yanında
Putinin muttəfiqin olan Xamnei bugün (01-feb-2016)12 bəhmən 1394 ci il  məsləhətçisi Əli Əkbər Velayəti Moskov şəhərinə yola salıb. Velayəti bundan öncə mətbuata açıqlamasında İranın Əsədi və Rusları heç vaxt yalnız qoymayacağını bildirib. 

 

4 gün sürəcək səfərdə Vilayətinin Moskvada Suriya hökumətinin bir sıra yüksək rütbəli nümayəndələri, o cümlədən də Suriya prezidentinin köməkçisi ilə görüşüb  və Suriyə-Türkiyə sərhədində olan gərginlik danışıqlar aparacağı gözlənilir.

Rus jurnalistlərlə görüşən Əli Əkbər Vilayəti, Rusiyaya səfərin hədəflərindən danışıb: “İranla Rusiya arasında bir çox sahələrdə, o cümlədən də nüvə fəaliyyəti, müdafiə və regional məsələlərdə birgə əməkdaşlıq genişlənərək xeyli inkişaf edib. Bunun nümunəsini də İran, Suriya, İraq və Rusiyanın bölgədə yaratdığı koalisiyada görmək mümkündür. Bu səfərdə müxtəlif məsələlər barədə danışıqlar aparılacaq”.

 

Comments,Baxışınız
oguz gif telegram