/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Təbriz məhkəməsi H.Ə.Məhəmmədinin hökmünü dəyişdi

Təbriz məhkəməsi H.Ə.Məhəmmədinin hökmünü dəyişdi

Oğuz TV:Dey ayının 22-də yəni, 12 yanvarda Təbrizin yiddeci şöbəsinin təmyiz (təcdid Nəzər) məhkəməsi  13 illik həbsə məhkum olunan Hüseyn Əli Məhəmmədinin hökmünü dəyişərək 2 il həbslə əvəzlədi.

Məlumat üçün deyək ki, 1392-ci ilin aban  ayının 13-də yəni, 2014-cü ilin 4 noyabr tarixində Hüseyn Əli Məhəmmədi həbs edilib və 6 ay həbs cəzası çəkdikdən sonra vəsiqə qarşılığında azadlığa buraxılıb.

10 isfənd 1393-cü ildə yəni, 2015-ci il fevralda yenidən həbs edilən milli fəala qazi Həmid Bağırpurun sədirliyi ilə keçən məhkəmə 13 il (3+10) həbs cəzası kəsib.

Dövlət malına ziyan verməkdə,dövlətə qarşı fəaliyyət göstərməkdə və islam və Xameneiyə həqarət və bölücülükdə günahlandırılan milli fəal,hazırda Təbriz zindanında həbs cəzasını çəkməkdədir.

Comments,Baxışınız
oguz gif telegram