/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Təbriz zindanındakı 8 milli fəalla bağlı rapor

Təbriz zindanındakı 8 milli fəalla bağlı rapor

Oğuz TV: Təbriz zindanında olan həbs cəzasını çəkən 8 milli fəalın  son durumları.

2500 məhbus tutumu olan Təbriz zindanında 5000 məhbusun saxlanıldığı ilə bağlı xəbər verilir. Zindanda siyasi məhbuslar müxtəlif cinayət törətmiş cinayətkarlarla birlikdə saxlanılır.

Təbriz zindanında həbs cəzası çəkən 8 milli fəalla bağlı raporu təqdim edirik.

1.Məhəmməd Cərrahi – işçi fəalı, 5 il həbsə məhkum edilib. İttihamı isə qanunsuz qrup yaratmaq və “milli təhlükəsizliyi” pozmağa cəhd göstərməkdı. Kardərmani 8-ci bölümdə saxlanılır.

2.Ayət Mehrəlibəyli – Azərbaycanlı siyasi məhbus, hökmlərin toplandığından sonra 8 il həbs cəzasına məhkum edilib.İttihamı isə milli təhlükəsizliyi pozmağa cəhd göstərmək, sistemin əleyhinə təbliğ və qanunsuz qrupa üzv olmaqdı. Hazırda pak 15-ci bölümdə saxlanılır.

3.Rəsul Rəzəvi – Azərbaycanlı milli-mədəni fəal, 12 ay həbs cəzasına məhkum edilub.İttihamı sistemin əleyhinə təbliğat aparmaqdı. O da pak 15-ci bölümdə saxlanılır.

4.Murtaza Muradpur – Azərbaycanlı milli-mədəni fəal, 3 il həbs cəzası çəkməlidi. İttihamı digər milli fəallardakı kimi sistemin əleyhinə təbliğ və milli təhlükəsizliyi pozmağa cəhd göstərməkdi. Təbriz zindanının 12-ci bölümündə saxlanılır.

5.Hüseyn Əli Məhəmmədi – Azərbaycanlı milli-mədəni fəal, 5 il həbsə məhkum edilib.İttihamı sistemin əleyhinə təbliğ, milli təhlükəsizliyi pozmağa cəhd göstərmək və “müqəddəslər”i təhqir etməkdi.  12-ci bölümdə saxlanılır.

6.Əhmədi Azər Müqəddəm –Türk, 5 il həbs cəzası və Azərbaycan Cümhuriyyətinə səfər etməsinə 10 il müddətinə qadağa qoyulub. İttihamı isə, sistemin əleyhinə təbliğ, Azərbaycan Cümhuriyyətinə casusluq etməkdi. Müqəddəm 12-ci bölümdə saxlanılır.

7.Behbud Qulizadə – Siyasi məhbus, 9 il həbsə məhkum edilib. Qanunsuz qrup yaratmaq və sistemin əleyhinə təbliğatda günahlandırılır. Hazırda zindanın karqah 4-cü bölümündə saxlanılır.

8.Əta Fərsad –Milli-mədəni fəal, 2.5 il həbsə məhkum edilib. Sistemin əleyhinə təbliğat aparmaq və rəhbəri təhqir etmədə günahlandırılır. Hazırda zindanın 11-ci bölümündə saxlanılır.

 

 

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture