/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Təbrizdə alış-veriş mərkəzləri bağlanır

Təbrizdə alış-veriş mərkəzləri bağlanır

Oğuz TV: Təbrizdə alış-veriş yerlərinin bir çoxu bağlanmaq üzrədir.

Güney Azərbaycan sərmayəsinin fars bölgələrinə daşınması, Təbrizdəki alış-veriş mərkəzlərini çox pis durumda salıb.

Oğuz TV müxbirinin Təbrizin tanınmış alış-veriş mərkəzi olan “İskan” pasajından göndərdiyi şəkillərdəndə göründüyü kimi, Təbrizin ən önəmli pasajı olan “İskan”ın hardasa üçdən biri boşalmaqdadı.  Əsasən geyim dükkanlarının çoxluq təşkil etdiyi bu alış-veriş mərkəzinin mağaza sahiblərinin dediyinə görə, vergilərin artırılması və Azərbaycan iqtisadiyyatının zəif durumda olması alış-veriş mərkəzini belə ağır vəziyyətə qoyub. İqtisadi durumu ağır olan soydaşlarımızın alıcılıq qabiliyyətinin aşağı düşməsi ağırlaşan durumu daha da kəskinləşdirib.

Pasaj işçilərinin dediyinə görə, vergilərin artırılmasına etiraz etdiblər, lakin heç bir müsbət nəticə əldə edilməyib. İşçilər onuda qeyd edirlər ki, Təbrizdəki bu ağır durumdan sonra onları, öz ticarət işlərini fars şəhərlərində, özəlliklə də İsfahan və Tehranda davam etmək məcburunda qalacaqlar.

 

Comments,Baxışınız
oguz gif telegram