/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Təbrizdə fabrik işçiləri 4 gündü etiraz eyləmi keçirir

Təbrizdə fabrik işçiləri 4 gündü etiraz eyləmi keçirir

Oğuz TV: Zəncanın “Transfo” fabrikinin eyləmi davam edərkən, bu dəfə də Təbrizin maşınqayırma fabrikinin işçiləri eyləmə başlayıb.

 Təbrizin “Maşın Sazi” fabrikinin işçiləri 4 gündür ki, 3 aydan bəri ala bilmədikləri maaşlarının verilməsi, 14 ildir fabriki idarə edənlərin burda yaratdığı qeyri-müəyyən vəziyyət və özəlləşdirmənin fabrikdə yaratdığı işçilərin əleyhinə dəyişikliklərə öz etirazlarını bildirirlər. 

Güney Azərbaycanın ən böyük maşınqayırma fabriki olan “Maşın Sazi”də uzun illərdi davam edən özəlləşdirmə mərhələsi mübahisəli olaraq həllini tapmır.

Fabrikin işçilərinin avqust ayının 6-dan başlatdıqları etiraz eyləmlərinin nə zamana qədər davam edəcəyi bəlli deyil.

Comments,Baxışınız
oguz gif telegram