/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Təbrizdə “Millətçi zindaniyə Azadlıq ” Pusterləri geniş yayılıb
Təbriz -Siyamək Mirzayi və Həbib Sasaniyana

Təbrizdə “Millətçi zindaniyə Azadlıq ” Pusterləri geniş yayılıb

OğuzTV:İyunun 28-dən 29 keçən gecə Azərbaycanın başkəndi Təbriz divarlarında, tutuqlu milli fəalların azadlığı buraxılması tələb edən Pusterlər yapışdırılıb. Son günlərdə Güney Azərbaycanın iki tutuqlu milli fəalının haqsız yerə tutuqlamalarına etiraz olaraq pusterlər üstündə İngilis və Fars dilində Tutuqlular üçün qeydsiz və şərtsiz azadlıq istəyi yazılıb.
Həbib Sasaniyan Güney Azərbaycanlı Milli fəal və milli şair 1 ildən aşqındır ki  Təbrizin mərkəzi zindanında qanunsuz və günahsız həbs olunub.

Bugün 19cü gündür(iyunun 11-dən ) ki tutuqlu milli fəal, fars rejiminin zülmünə etiraz olaraq Təbriz zindanında aclıq eyləmi keçirir.
Digər tutuqlu milli fəal 36 yaşlı Siyamək Mirzayi son 13 Gündür ki Tehranın Evin zindanının 8-ci bölməsində zindanında Fars rejiminin İttihamları və ədalətsizliyinə etiraz olartaq aclıq etirazı keçirir .77 kilo olan Milli fəal siyamək Mirzayi 10 gün içində 10 kilo ağırlıq verərək 67 kilyo düşüb.

Xatırladaq son bir həftədə Güney Azərbaycanın muxtəlif şəhərlərinin divarlarına Siyamək mirzayinin və Həbib sasaniyanin azadlığını tələb edən yazılar şüarlar yazılıb. Ərdəbil ,Urmu,Təbriz ,Muğan,Xoy Tehran ..kimi şəhərlərdə iki Tutuqlu milli fəalın şəkilləri və adını görmək mümkündür.

Bu slaydşou üçün JavaScript lazımdır.

Comments,Baxışınız
oguz gif telegram