/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Təbrizdə Rəsul Rəzəvinin azadlığa buraxılması tələbi ilə divarlara Afişlər yapışdırılıb,plakardlar asılıb-Görüntü(Şəkil+film)

Təbrizdə Rəsul Rəzəvinin azadlığa buraxılması tələbi ilə divarlara Afişlər yapışdırılıb,plakardlar asılıb-Görüntü(Şəkil+film)

OğuzTV:İran rejiminin Başkənd Təbrizdə ki  mərkəzi zindanında, 21 gündür aclıq eyləmi keçirən Azərbaycanlı milli fəal ,Rəsul Rəzəvinin durumu get getdə pisləşir.Bu məsələdən nigaran olan Güney Azərbaycan milli hərəkatinin milli fəallari R.Rəzəvinin  azadlığa buraxılması üçün Təbrizin divarlarına afişlər yapışdırıb  , caddələrə plakardlar asdılar.

Təbrizdən oğuzTvyə daxil olan məlumatda minlər ofiş Təbrizin Şəhnaz ,Abresan,Təbriz Bazarı kimin önəmli və getgəlli xiyabanların divarlarına yapışdırılıb. Afişlərdə Türk millətinə müraciət edən milli fəalar “Haçanacaq susmaq? Bilirsinizmi Milli igid Rəsul Rəzvi 20 gündür Azərbaycan milləti üçün Zindanda Açlıq eyləmindədir ? Azərbaycan Bizim Hamımızındır .Azərbaycan, oğluna sahib çıx” diyə Azərbaycan türklərinə səsləniblər.

Daha neçə gün əvvəldə xəbər verdiyimiz kimi Təbrizin divarlarında R.Rəzəvinin azadlığa bıraxılmasıla bağlı  şoarlarda yazılmışdı.

Qeyd edək Rəsul Rəzəvi Təbrizdə molla rejiminin  məhkəməsinin ədalətsiz qərarına da toxunaraq aclıq eyləmi və ölüm orucu başladıb . O  “Nə qədər ki, məhkəmə hökmünə olan etirazıma baxılmayıb və azadlıq hökmü verilməyib aclıq eyləmimi dəvam edib dayandırmıyacayam”- deyə Rəsul bəy  vurğulayıb.


xatırladaq O ötən il “Aban ayında Faşıstə qarşı qiyamda” (noyabrda iran rəsmi tvisinin irqçi “Fitilə” verilişinə qarşı keçirilən etirazlarda) Təbrizdə tutuqlanıb..

Bu slaydşou üçün JavaScript lazımdır.

 

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture