/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Təbrizdəki fabrikin işçiləri Tehranda eyləmə başladı

Təbrizdəki fabrikin işçiləri Tehranda eyləmə başladı

Oğuz TV: Təbrizin “Azərit” adlı maşın istehsal edən fabrikinin işçiləri etiraz eyləminə başladı.

9 aydır əmək haqqlarını ala bilməyən fabrik işçilərindən 104 nəfərini işdən azad ediblər. Bütün bu olanlara qarşı isə, işçilər Tehrana gedərək orada fabriklərə baxan dövlət idarəsinin qarşısında eyləmə başlayıblar. 

İşçilərin öncələr də yazılı və şifahi etirazlarını dinləməyən dövlət, onların heç bir şikayətinə baxmır. 

Dünəndən başlayan etiraz eyləmi bu gün də davam etməkdədi. 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture