/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Təbrizin “Qırmızı qurdlar”ı növbəti oyun ərəfəsində

Təbrizin “Qırmızı qurdlar”ı növbəti oyun ərəfəsində

Oğuz TV: Asiya Çempionlar Ligindəki tək takımımız olan Traxtur sabah, 12 isfənd (2 mart) Əlcəzirə takımı ilə cavab oyununa çıxacaq. Oyun Əbu Dabi şəhərinin  Mohammed Bin Zayed stadionunda Təbriz vaxtı ilə saat 20:00-da baş tutacaq.

Xatırladaq ki, Asiya Çempionlar Liginin C qrupunda mübarizə aparan Traxtur ligin ilk oyununda 5 isfənd (24 fevral) elə Əlcəzirə takımına qarşı doğma Səhənd stadionunda oynamış və rəqibini 4-0 yenməyi bacarmışdı. İlk zəfərindən sonra takımımız 3 xalla turnir cədvəlində zirvəyə yüksələ bilmişdi.

Bu oyunda “Qırmızı Qurdlar”a başarılar diləyirik.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture