/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Təbrizli milli fəal yoxa çıxdı

Təbrizli milli fəal yoxa çıxdı

Oğuz TV: Ana Dili günü yaxınlaşdıqca, Güney Azərbaycanda bununla bağlı fəaliyyətlər artır.

 Buna görədə İran rejmi gücləndirilmiş bir formada fəaliyyət göstərərək, Güney Azərbaycanın müxtəlif şəhərlərində milli fəallarımızı həbs etməkdə davam edir.

Həbs olunanlar sırasına bəhmən ayının 30-da daha bir milli fəal əlavə edildi. Bu Təbrizdən olan milli fəal Oxtay Zöhrabidi. Bəhmən ayının 30-da tutuqlanan fəalı öncə əmniyyət qüvvələri Təbrizin 11 nömrəli polis idarəsinə götürsələr də, sonradan onu ordan başqa yerə aparıblar. Bu milli fəalla bağlı dünəndən heç bir bilgi almaq mümkün deyil. Harda və hansı şəraitdə saxlanıldığı bəlli deyil.

Xatırladaq ki, milli fəalları adam qaçaqçısı kimi oğurlayıb, onlara işgəncə vermək rejmin hər zamanki yöntəmlərindəndi.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture