/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Təbrizli sənətkarı Quzey Azərbaycana buraxmadılar

Təbrizli sənətkarı Quzey Azərbaycana buraxmadılar

Oğuz TV: Təbrizli sənətkar Həsən Dəmirçi Quzey Azərbaycana buraxılmadı.

Güneydən əldə etdiyimiz bilgiyə görə, dünən Bakıya gəlmək istəyən tarzənin pasportu İran rejminin məmurları tərəfindən əlindən alınıb, onun Quzey Azərbaycana keçməyinə icazə verməyiblər. Məmurlara etiraz edən  Həsən bəyə  ölkədən çıxmağının yasaq olduğu bildirilib. Lakin yasağının səbəbi açıqlanmayıb. Yalnız  sənətkara  “get Təbrizdəki qazinlə görüş, məsələni onunla həll et “ deyilib.

 Təbrizə qayıdan Həsən bəy, burda onun işinə baxan qazi ilə görüşmək istəsə də, bayram olduğunu bəhanə gətirən qazi onunla görüşməkdən imtina edib.

Xatırladaq ki, keçən il Quzey Azərbaycana gedib, Güneyə döndükdən sonra, rejimin məmurları Həsən Dəmirçinin pasportunu əlindən almışdılar. Lakin 1 ay olardı ki, sənətkarın pasportunu özünə geri vermişdilər. Buna baxmayaraq, heç bir səbəb olmadan yenidən ona vətənin Quzey tayına keçməyi qadağan etdilər.

Keçmiş sovet imperiyasından yalnız dini olması ilə fərqlənən İran molla rejmi, milli fəal, sənətkar, sıradan işçi demədən hər fürsətdə Güney Azərbaycanda soydaşlarımızı təzyiq, təqib altında saxlamaqla bir daha “millətlər həbsxanası”, işğalçı bir rejm olduğunu sübut etmiş olur.

Comments,Baxışınız
oguz gif telegram