/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Təbrizdə çayxanaçılar etiraz etdi

Təbrizdə çayxanaçılar etiraz etdi

Oğuz TV: Rejim Türk qəhvəxanalarına belə mudaxilə edir ,14 bəhmən Təbrizdə çayxana sahibləri Təbriz valiliyinin önünə toplaşaraq dövlətin çayxanalarla bağlı çıxartdığı qərara öz etirazlarını bildirdilər.

Onlar iran dövlətin çayxanalarla bağlı çıxartdığı gecə saat 10-a kimi çalışmasına öz etirazlarını bildiriblər.

Qazancları bu çayxanalardan olan etiraz edən insanlara valilik nümayəndəsi dağılmalarını söyləyib, əks halda özləri zorla bu eyləmi dağıdacaqlarını bildirib. Onu da deyib ki, bu bizim sorunumuz deyil, dövlətin verdiyi qərardı.

 

Qeyd edək ki, Təbrizdə dövlət çayxanların gecə 10-dan sonra açıq qalmasına icazə verməməklə yanaşı, bütün çayxanaların divarlarına Azərbaycan milli məslələr və siyasi məsələlərdən danışanları cezalandırılacaqları ilə bağlı vərəqlər yapışdırılıb. Diqqətinizə çatdıraq ki, gündən-günə güclənən Milli Hərəkatdan qorxuya düşən İran rejmi, Güney Azərbaycanda insanların yaşamına hər formada müdaxilə edərək, Güneydəki Özgürlük istəyinin qarşısını almağa çalışır.

 

Comments,Baxışınız
oguz gif telegram