/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Takımlarımız ligdə növbəti qələbələrini qazandı

Takımlarımız ligdə növbəti qələbələrini qazandı

Oğuz TV:  12 fərvərdində (31 mart)  İran Liginin 24-cü həftəsində  keçirilən oyunlarda “Traxtur” və “ Göy Poladçılar” rəqiblərini yendilər.

Kərəcdə bu  şəhərin  “Saypa” takımı  ilə qarşılaşan “Traxtur” 18-ci dəqiqədə Şahin Saqibinin vurduğu qolla rəqibini 1-0 hesabı ilə yenməyi bacardı. 

Beləliklə, rəqib meydandan 3 xalla ayrılan “Traxtur” turnir cədvəlində 38 xalla 5-ci yerdə qərarlaşıb.

Bundan başqa dünən ligdəki digər takımımız olan “Göy Poladçılar” da turnirdə növbəri oyununun keçiriblər. Təbrizdə İsfahanın “Zob Ahən” takımı ilə qarşılaşdı. Gərgin mübarizə şəraitində keçən oyunda “Göy Poladçılar” 4-3 oyunu  qazandı.

Oyunun  6-cı dəqiqəsində  E. Pehlivanın qolu ilə rəqib 1-0 üstünlük əldə edir. Məhəmməd İbrahimi 20-ci dəqiqədə hesabı bərabərləşdirsə də, 38 və 45-ci dəqiqədə “Zob Ahən”in oyunçusu  M. Mehdipurun vurduğu iki qolla rəqib ilk yarını qalib sona çatdırdı.

Lakin ikinci hissədə üstünlüyü ələ alan “Göy Poladçılar” 50-ci dəqiqədə  Seyid Məhəmməd Hüseyni, 77 və 87-ci dəqiqələrdə Məhəmməd İbrahiminin  qolları ilə bu oyundan qalib ayrılmağı bacardılar.

Bu zəfərdən sonra “Göy Poladçılar” 34 xalla turnirdə 8-ci yerdə qərarlaşdı.

Hər iki takımımızı qalibiyyətləri münasibəti ilə qutlayır, zəfərlərinin bol olmasını diləyirik.

Comments,Baxışınız
oguz gif telegram