/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Tehranda silahlı çatışma,bomba patlaması 12 ölü ,40 yaralı (video şəkil)(+16)

Tehranda silahlı çatışma,bomba patlaması 12 ölü ,40 yaralı (video şəkil)(+16)

OğuzTV:İyunun 7-si sübh saat 10.30 radələrində rejimin parlamentinə və Tehranın cənubunda olan Xomeyni məzari qarşı silahlı hücum olub. 


Fars rejiminin parlamenti və Xomeynin qəbri üstü silahli şəxslərin hədəfi olub. Fars molla rejiminin təhlükəsizlik qüvvələri ilə hücumçular arasında baş verən silahlı qarşıdurma günorta saat 2 radələrində başa çatıb və 4 silahlı hücumçu və neçə iran rejiminin məmuru öldürülüb 40 nəfər yaralanıb. 

 

Kimliyi bəlli olmayan 4 silahlı şəxs İran parlamentinin giriş qapılarındakı mühafizəçi qüvvələrə tapança və kalaşnikovla atəş açaraq deputatların toplaşdığı zala daxil olmağa çalışıblar. Atışma zamanı hücumçulardan biri intihar məqsədi ilə özünü partladıb. Hücumçulardan 3-ü isə parlament binasının şamal hissəsindəki korpuslardan birinə qaçaqraq bir neçə nəfəri girov götürüb.Eyni hücum,Tehranın cənubunda yerləşən Xomeyninin məqbərəsinə də edilib. Biri qadın olmaqla üç silahlı şəxs məqbərəyə daxil olaraq mühafizəçi qüvvələrə atəş açıblar. Hücumçulardan birinin isə özünü partlatdığı bildirilir. Hər iki hadisədə ən azı 12 nəfər həlak olub, 40 nəfər yaralanıb.
Parlamentə hücumu zamanı öldürülən mülki şəxslərdən biri azərbaycanlı millət vəkili Hadi Bahadurinin ofisinin katibi Həmid İmdadidir.Bu barədə məlumatı Bəykəndi millət vəkili Osmani sosial şəbəkədə paylaşıb.Xəbər hələ rəsmən təsdiqlənməyib.

 

Bu slaydşou üçün JavaScript lazımdır.

 

Comments,Baxışınız
oguz gif telegram