Oğuz TV: Tehranda Səttarxanın məzarını ziyarət edən milli fəallarımızı İran rejminin əmniyyət qüvvələri tutuqladı.
Aldığımız bilgiyə görə, dey ayının 29-da qadın milli fəallardan Sitarə Əminin də aralarında olduğu bir neçə milli fəala qarşı əmniyyət qüvvələri şiddət tətbiq edərək tutuqlayıb, Tehran ETTELAAT-a aparıblar. Milli fəalları 1 gün bu idarədə saxladıqdan sonra, bugün bir neçə saat bundan öncə sərbəst buraxıblar.
Xatırladaq ki, tutuqlananlar arasında olan qadın milli fəal Sitarə Əmini Qoşaçay şəhərindəndi və dünən onunla birlikdə 2 qardaşı,Şahab Əmini və Şahrux Mirzaidə tutuqlanmışdı.
Məlumat üçün bildirək ki, İran rejminin Güney Azərbaycan milli fəallarını hər zaman ciddi nəzarətdə saxlayaraq, onları səbəbsiz yerə tutuqlayıb incitməsi artıq ənənəvi hal alıb.