/  
Ön yapraq » Oğuz xəbər » Tillerson:İranı terrorizmin sponsorudur, dünya üçün ciddi təhlükədir

Tillerson:İranı terrorizmin sponsorudur, dünya üçün ciddi təhlükədir

OğuzTV:  Amerika dövlət katibi Reks Tillerson İranı ölkəsi üçün ən əsas təhlükə mənbəyi olduğunu bəyan edib.

“İran hazırda Amerika və bölgənin stabilliyi üçün ciddi təhlükə mənbəyidir”, – deyə Tillerson qeyd edib.

Jurnalistin “Ağ Ev Dövlət Departamentini İrana qarşı daha sərt mövqedən çıxış etməyi məcbur edib?” sualına Tillersonun cavabı belə olub: “Ağ Ev hesab edirdi ki, İrana yalnız Birgə Hərtərəfli Fəaliyyət Planı prizmasından yanaşmaq olmaz və mən bununla tam razıyam”.  Onun sözlərinə görə, Amerikanın İran adlanan yerin fars rejiminə qarşı iddialarını tək sanksiyaların ləğvi ilə nəticələnmiş nüvə razılaşması kontekstində deyil, ümumi, kompleks şəklində nəzərə almaq lazımdır.

 

Tillerson, ABŞ-ın İranı terrorizmin sponsoru olduğunu hesab etdiyini, ballistik raket istehsalı proqramına görə Tehrana qarşı əlavə sanksiyaların tətbiq edildiyini xatırladıb.Ria

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture