/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Tramp: “Amerika İranın Ərəb körfəzində təxribatçı hərəkətlərinə dözməyəcək”
Amerika İranın Suriyada təminatçısı olaraq tanımır @oguztv ? ? ?

Tramp: “Amerika İranın Ərəb körfəzində təxribatçı hərəkətlərinə dözməyəcək”

OğuzTV:Amerika prezidenti Donald Tramp bəyan edib ki,rəsmi Vaşinqton  fars rejiminin təxribatçı hərəkətlərinə dözmək niyyətində deyil.

Oğuztv xəbər otağı Apadan əldə etdiyi məlumata əsasən , bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

“Prezident Ərəb körfəzində baş verən insidentlə bağlı məlumatlandırılıb. O açıq şəkildə bildirib ki, Amerika İranın təxribatçı hərəkətlərinə dözməyəcək”, deyə Ş.Spayser qeyd edib.

Ötən gün İran adlanan ölkənin başında olan işğalçı fars rejiminə məxsus hərbi katerlər  Ərəb körfəzində Amerika hərbi gəmisinə yaxınlaşıb. Rəsmi Tehran insidentin baş verməsində Amerika tərəfini günahlandırıb. 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture