/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Tramp:İran odla oynayır ,Biz Obama kimi yumuşaq olmayacayıq

Tramp:İran odla oynayır ,Biz Obama kimi yumuşaq olmayacayıq

Oğuz TV: İran adlanan ölkənin həftə sonunda həyata keçirdiyi balistik raket sınağının etkilləri sürür. Amerika Prezidenti Tramp, rəsmi Twitter hesabından paylaşdığı mesajında, “İran (adlanan ölkə )odla oynayır” ifadəsini qulandı.
 

 
 Oğuz TV nin aldığı bilgiyə görə, Tramp, atdığı tweette, özünün iran fars rejiminə qarşı, sələfi Barak Obama qədər “yumuşaq” olmayacağını bildirib.“İran odla oynayır. Prezident Obama onlara qarşı xeyirxah və yumuşaq idi. Amma mən olmayacağam!”
 
 YENİ QISITLAMALAR
 
 Tehrana qarşı yeni qısıtlamalar gətirməyi düşünən Tramp, dünən verdiyi açıqlamada İran adlanan ölkənin raket sınaqları mövzusunda “hər şeyin masada” olduğunu bildirmişdi. Konqrədəki Respublikaçı Partiyalar da yeni qısıtlamalar məsələsində Trampa dəstək verəcəklərini demişdilər.
 
 TWITTERDAN CAVAB

Trampın İran adlanan ölkəylə bağlı açıqlamasından dəqiqələr sonra isə Tehrandan cavab gəldi.
 

 

İran adlanan ölkənin Dışişlər Naziri Məhəmməd Cavad Zərif, Twitter üzərindən “İran, güvənliyini xalqından təmin etdiyi üçün təhdidlərdən əziyyət çəkməz. Heç vaxt savaş başlatmayacağıq. Yalnız öz savunma alətlərimizə güvənə bilirik” dedi
 

Amerika Prezidenti Donald Tramp axşama doğru  İranla bağlı diqqətçəkən açıqlama verib.

Tramp  jurnalistin “İrana hərbi müdaxilə etməyi düşünürsünüzmü?” sualına “Masada hər variantı dəyərləndiririk” deyə cavab verib.

Amrika sena Konqresinə isə Prezident Trampın İrana lazım gələrsə, hərbi müdaxilə səlahiyyəti verilməsi üçün qətnamə layihəsi təqdim edilib.

Comments,Baxışınız
oguz gif telegram