/  
Ön yapraq » Oğuz xəbər » “Traxtur” iki oyunçusun əldən verib
TTTTT...Traxtur @oguztv

“Traxtur” iki oyunçusun əldən verib

OğuzTV:“Traxtur”un iraqlı oyunçusu Kərrar Casim “Neft” (Abadan) komandasına transfer olunub.Braziliyalı Lusiano Edinyo da komandadan ayrılıb və nəticədə “Traxtur” iki güclü oyunçusunu itirib.

Maliyyə çətinliyi yaşayan “Traxtur” klubu Superliqada lider komandalardan olsa da, bu problemlərdən dolayı son həftələrdə uğurlu çıxış edə bilmədi və çempionluğu itirdi.

Növbəti Superliqa yarışlarında isə vəziyyət daha da gərgin ola bilər. Buna səbəb FİFA-nın çıxardığı qərara əsasən klubun yeni oyunçu transfer edə bilməməsidir.

Comments,Baxışınız
oguz gif telegram