/  
Ön yapraq » Oğuz xəbər » Turan » Ərdoğanın tarixi razılaşması: Bərzaninin ömrünə az qalır…
Ərdoğanın tarixi razılaşması: Bərzaninin ömrünə az qalır... آزربایجان تورکونون اوجا سئسی ? ? اوغوزتی‌وی OğuzTV ? @oguztv ???

Ərdoğanın tarixi razılaşması: Bərzaninin ömrünə az qalır…

Oğuz TV :Ərdoğanın İrana səfəri əslində tarixi hadisədir. Çünki ilk dəfədir ki, Türkiyə ilə İran arasındakı münasibətlər bu cür strateji səviyyəyə qalxır.

Bunu Güzey medyasına a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq hesab edir ki, artıq bundan sonra İranla Türkiyə Yaxın Şərqin taleyini həll edən mühüm iki dövlətə çevriləcək:

“Bu iki ölkənin bundan sonra əsas fəaliyyəti müxtəlif sahələrdə əməkdaşlıqla yanaşı, Kürd Muxtariyyəti və onun yaratdığı vəziyyədən çıxış yollarını tapılmasından ibarət olacaq. Bundan öncə Türkiyə və İranın müdafiə nazirləri və Baş Qərargah rəisləri hərbi əməliyyatların ümumi planını nəzərdən keçiriblər. İndi isə prezidentlər səviyyəsində bölgədə keçiriləcək tədbirlərin ümumi xarakteristikasını birlikdə müzakirə etdilər. Hələ ki, Kürd Muxtariyyətinə qarşı ciddi sanksiyaların tətbiq edilməsi prosesi gedir. Bir müddət bu sanksiyalar daha da ağırlaşdırılacaq, hətta gündəlik tələbat məhsullarının göndərilməsi də minimuma endiriləcək, yaxud da tamamilə kəsiləcək. Əgər Bərzani referendumun nəticələrini ləğv etməsə, hərbi əməliyyatlar başlayacaq. Onsuz da İraq ordusu ilə İranın Haşdi-Şabi qüvvələri Kərkükdə hərbi əməliyyatlar aparırlar və əksər kəndlər ələ keçirilib. Bu yaxınlarda Kərkük də ələ keçiriləcək. Bundan sonra Kürd Muxtariyyətinin bəzi əraziləri qalır ki, o ərazilər üzrə də dirənmə davam etdirilərsə, Türkiyə, İran və İraqın ortaq əməliyyatları qaçılmaz olacaq. Hərbi əməliyyatlara türkman qüvvələri də qoşulacaq. Türkiyənin Hərbi Hava Qüvvələri isə havadan logistik dəstək verəcək”.

Politoloq bildirib ki, Bərzaninin bütün bu reallıqları dərk etməməsi və geri çəkilməməsi inandırıcı görünmür. Əks təqdirdə Bərzani öz həyatını da itirə, xalqı isə çox böyük itkilərə məruz qala bilər:

“Bu səbəbdən İran və Türkiyə arasındakı hazırkı strateji danışıqlar bölgənin taleyinə çox mühüm təsir göstərəcək, sepratizmə, sərhədlərin yenidən müəyyən edilməsinə ciddi əngəllər törədəcək. Çünki Yaxın Şərqə dair sərhədlərin biçilməsinə imkan verməyən bir çox sazişlər mövcuddur. Bu sazişlər 1926-cildən tutmuş 1986-ci ilə qədər böyük bir zamanı əhatə edir və dövlətlər buna əməl etmək məcburiyyətindədirlər”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün İrana səfər edib. Prezidentlərin ikitərəfli görüşündə İraq Kürd Muxtariyyətində müstəqillik elan ediləcəyi halda Türkiyə, İran və İraqın birgə hərbi əməliyyat keçirə biləcəyi vurğulanıb.

Comments,Baxışınız
oguz gif telegram