/  
Ön yapraq » Oğuz xəbər » Azərbaycan gəncləri Türkmanlara dəstək kampaniyasına başladı

Azərbaycan gəncləri Türkmanlara dəstək kampaniyasına başladı

OğuzTV:Bir parçamız olan Türkmanlar bu günlərdə İraqda varlıq mücadiləsi verməkdədi. Oktyabr ayının 20-si Türkmanelinin mərkəzi Kərkük şəhərinə İŞİD terrorçuları hücum etdi. Kərkük savaş meydanına döndü və çox sayda soydaşımız Kərküyü qoruyarkən şəhid oldu. Türkmanlar yalnızca İŞİD-lə deyil, bölgədə mövcud olan digər işğalçı qüvvələrlər də Kərkükdə varlıqlarını qorumaq üçün savaşırlar. Bu ağır günlərində kimsəsiz qalan Türkmanlar üzünü Türk dünyasına, özəlliklədə özlərini bir parçası bildikləri Azərbaycana və Türkiyəyə çevirdi. Sıradan bir Türkmandan tutumuş liderinə qədər hər kəs Azərbaycandan yardım istədi. “Nerdesin gavim qardaş” deyib haray çəkən, Türk dünyasından yardım gözləyən soydaşlarımızın səsinə Azərbaycanın Quzeyindən cavab özünü gecikdirmədi. Mərkəzi Bakıda yerləşən Milliyyətçi Gənclər təşkilatı Türkmanlara dəstək kampaniyası başlatdı. Təşkilat dünən axşam saatlarında bəyanat yayaraq, Türkmanların silah ala bilməsi üçün pul toplayıb yollamaq qərarı verdiklərini açıqladı. Buna görə də gənclər portmanat hesabı açaraq hərkəsi kampaniyaya qoşulmağa çağırdı. Təşkilatın yaydığı bəyanatı olduğu kimi sizə təqdim edirik:

kampanya

 

“Milliyyətçi Gənclər Təşkilatının Türkmaneli, Kərkükə yardım aksiyasına çağırışla bağlı rəsmi bəyənatı : Dəyərli soydaşlar, media mənsubları, siyasi, ictimai xadimlər. Bildiyiniz kimi tarixi Azərbaycan torpağı Kərkükdə, Türkmanelində soydaşlarımız savaşın, qan çanağının içində bir tərəfdən işid terroçuları, digər tərəfdən fərqli silahlı birləşmələrin ortasında hücuma məruz qalır, həyatları təhlükə altında yaşam mücadiləsi aparırlar. Soydaşlarımızın bizlərdən başqa kimsəsi yoxdur. Bizim vicdan və mənəvi borcumuzdur onların ağır zamanında yanlarında olaq, necə ki, son aprel döyüşlərində oradakı soydaşlarımız bəyanat verərək könüllü Qarabağda savaşmağa hazır olduqlarını bildirmişdilər. Qarabağ bizim üçün nədirsə, #Türkmaneli də, #Kərkük də eynisidir. Türkmanelində son baş verənlərlə bağlı narahatlığımızı bildirmiş , İraq Türkman Milliyyətçi Hərəkatı və Türkmaneli rəhbərlikləri, liderləri ilə ciddi əlaqələr qurmuş və Türkmanelinə, Kərkükə geniş miqyasda maddi və mənəvi dəstəyin verilməsi barəsində yardım aksiyasına start verilmişdir. Bütün Azərbaycan xalqından ,özəlliklə mediadan dəstək verməsini rica edirik. Maddi dəstək üçün portmanat hesabı açılmışdır. Türkmaneli üçün açılan portmanat hesabı yalnız qeyd edilən : 0777336677 bu hesab nömrəsidir. Çox asan üsulla paypoint və digər ödəniş terminallarında e-pulqabı bölməsində portmanat hesabına daxil olub bu kodu yığırsınız. Ətraflı ödənişin üsulu qeyd edilən rəsmdə də bildirilib. Şəffaflığın qorunması, ürəklərdə şübhələrin yaranmaması və bəzi anti-milli qüvvələrin bu aksiyaya qara yaxmaması üçün hesab altı nəfərdən ibarət idarə heyəti üzvünün və Türkman cəbhəsindən yetkililərin nəzarətində olacaq. Qeyd: Köçürülən hər bir maddi yardımın qəbzini (çekini) özünüzdə saxlayın. Bunun üçün ortaq e-mail ünvanı açılacaq və ödənişin qəbzlərini həmin e-mail ünvanına göndərməyiniz tələb olunur. #MGT Əlavə sual və təkliflər üçün əlaqə nömrəsi : 0709755559”

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture