/  
Ön yapraq » Oğuz xəbər » Azərbaycan orusu yeni və modern silahlar alır

Azərbaycan orusu yeni və modern silahlar alır

Oğuz TV: Azərbaycan Prezidenti İlham Əliyev Aprel 2016da Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən çatışmaların ardından böyük məbləğli anlaşmalar imzaladıqlarını, ən çağdaş, yüksək dəqiqliyə və dağıntı gücünə malik silahlar sifariş verdiklərini bildirib.

Oğuz TV nin aldığı bilgiyə görə, Prezident ilham Əliyev, Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmiləri və apreldə Ermənistan ordusu ilə baş verən qarşıdurmalara qatılan bəzi zabitlərlə bir araya gəldi.

Apreldəki çatışmalarda Azərbaycan ordusunun qəhrəmanlıq dastanı yazdığını vurğulayan Əliyev, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağının dalğalandığını xatırlatdı. Əliyev, “Keçən builki münaqişələr, Azərbaycan xalqı və dövlətinin işğal vəziyyətini heç bir zaman qəbul etməyəcəyini, öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun təmin edəcəyini ortaya qoydu” dedi.

“Ermenistanın xarici yardım almadan torpaqlarımızı işğal altında qalmayacaq”

Ermenistanın öz ordusu haqqında illərdir formalaşdırmağa çalışdığı imicin aprel münaqişələrində yerlə bir edildiyini deyən Əliyev,” Bölgədə güclü bir ordu varsa, o da Azərbaycan ordusudur. Bu qarşıdurmalar, Ermənistanın xarici yardım almadan torpaqlarımızı işğal altında qalmayacağını da göstərdi”. İfadələrini qullandı

Ermenistanın aprel toqquşmalarının sona çatması üçün ayrı-ayrı ölkələrə, beynəlxalq təşkilatlara müraciət etdiyini xatırladan Əliyev, belə davam etdi:

“Halbuki Dağlıq Qarabağ bizim daxili məsələmiz. Dağlıq Qarabağ bütün dünya ölkələri tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Dağlıq Qarabağda və işğal altındakı digər ərazilərdə meydana gələn və gələ biləcək bütün hadisələr bizim daxili məsələmiz. Heç bir uluslararası qurum və ya ölkə bizim daxili işlərimizə qarışabilməz”.

Ölkə və ordunu gücləndirməyə davam edəcəklərinə diqqəti çəkən Əliyev çıxışını belə davam etdirib:

“Mali vəziyyətimiz əvvəlki illər kimi deyil amma ordunun ehtiyacları üçün heç bir məhdudiyyət görmürük. Büdcədə ən böyük xərclər hərbi xərclərdir. Ən müasir silah və texnikalar alırıq. Aprel toqquşmalarından sonra böyük məbləğli müqavilələr imzalamışıq və ən müasir, yüksək dəqiqliyə və dağıntı gücünə malik silahlar sifariş etdik. Onların bir qismi ölkəyə gətirilib.

Biz işğal olunmuş torpaqlarımıza qayıdacağıq. Bu bizim əsas vəzifəmiz. Keçən il işğaldan azad etdiyimiz ərazilərdə olduğu kimi digər torpaqlarımızda da Azərbaycan bayrağı qalxacaq”.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture