/  
Ön yapraq » Oğuz xəbər » Turan » Ermənilərin dostu, Naxçıvanı “özünə qatan” dövlət doğulur
İraq: Bərzani Kürdüstandan imtina edir – Təzad آزربایجان تورکونون اوجا سئسی ? ? اوغوزتی‌وی OğuzTV ? @oguztv ???

Ermənilərin dostu, Naxçıvanı “özünə qatan” dövlət doğulur

Kürdüstan yaranacaq, onu yaradacaqlar. Əvvəlcə Kərkük, Mosul da daxil olmaqla, İraqın şimalında bu prosesə start veriləcək.

OğuzTV:xəbər verir ki, bu sözləri hüquqşünas, ekspert Rəşid Hacılı İraq Kürd Muxtariyyətində keçirilən müstəqillik referendumuna münasibət bildirərkən qeyd edib. Ekspert iddia edib ki, bu prosesin qarşısını İraq, İran və Türkiyə ala bilməyəcək.

“Bəlkə də onun inkişafını, güclənməsini, ətraf ölkələrdən torpaq istəməsini əngəlləyə biləcəklər, ancaq yaranmasının qarşısını ala bilməyəcəklər”.

R.Hacılının fikrincə, Türkiyənin atdığı addımların bunun qarşısını almaqda effektiv olacağı mübahisəlidir.

“Təəssüf ki, Kürdüstan dünyaya bizə dost kimi gəlməyəcək. Birincisi, türklərə görə onlarla dost ola bilməyəcəyik; ikincisi, separatizmə qarşı olduğumuza görə”, – o bildirib.

Ekspert “Kürdüstan”ın bu vilayətdə efirə gedən hava haqqında məlumatdakı “xəyali xəritəsini” xatırladaraq, “Böyük Kürdüstan”a İrandakı soydaşlarımızın yaşadıqları Urmiya ilə yanaşı, hətta Naxçıvanın da “daxil edildiyini” bildirib:

“Kürdüstan Ermənistanın müttəfiqi olacaq, ermənilərin regionda bir dayağı da artacaq. Separatizmi birlikdə dəstəkləyəcəklər”.

Ekspert “Kürdüstan”ın doğulması ilə regionun tam mərkəzində uzunmüddətli çəkişmələrə yol açacaq yeni qaynar qazanın yaranacağını və bu prosesə hazırlaşmalı olduğumuzu bildirib.

Qeyd edək ki, bu gün İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilir. İraq, İran və Türkiyə bu referenduma qarşı ən sərt açıqlamalarla çıxış edirlər.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture