/  
Ön yapraq » Oğuz xəbər » Ermənistan silahlı ordusu itki verməyə dəvam edir
Qarabağda daha üç düşmən əsgəri məhv edildi

Ermənistan silahlı ordusu itki verməyə dəvam edir

Oğuz TV: Ermənistan hərbi birləşmələrinin kəşfiyyat bölüklərindən birinin komandiri hərbçilərimiz  tərəfindən məhv edilib.
 Report.az-ın  xəbərinə görə, bir neçə gün öncə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunan ərazilərdən geri çəkilən ermənilər itki verərək qaçıblar.
Atışma zamanı Ermənistan ordusunun kəşfiyyat bölüyünün əsgər və zabitləri ilə yanaşı, bölüyün komandiri də öldürülüb. 
Ermənistan tərəfi 17 fərvərdin (aprelin 5-də) əldə olunan atəşkəs haqqında razılaşmanı növbəti dəfə pozub. 
Ermənistan mətbuatının yaydığı məlumata görə, atışma nəticəsində müqavilə əsasında xidmət aparan 32 yaşlı hərbçi Qraç Samveloviç Muradyan ölüb, bir neçə əsgər isə yaralanıb.
Femida.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Qarabağda baş verən atışma nəticəsində 20 yaşlı Qevork Aşotoviç Mqdesyan da öldürülüb. 
Moskvada əldə olunan razılaşmaya baxmayaraq, erməni silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir.

Bu slaydşou üçün JavaScript lazımdır.

Comments,Baxışınız
oguz gif telegram