/  
Ön yapraq » Oğuz xəbər » Ermənistanin 320 hərbçisi məhv edilib, onlar Generali qovulub ,həbs edilib

Ermənistanin 320 hərbçisi məhv edilib, onlar Generali qovulub ,həbs edilib

OğuzTV: Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Milli Məclisdə keçirilən “Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” adlı dinləmələrdə deyib.

V.Dərgahlının sözlərinə görə, həmin döyüşlərdə ermənilərdən azad edilən yüksəkliklər müdafiə olunur, orada lazımi şərait yaradılıb: “Azərbaycan ordusunda döyüş ruhu yüksəkdir. Bu döyüşlərdə 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb”.

V.Dərgahlı bildirib ki, bu hadisələr zamanı Azərbaycan Ordusunun çox az hissəsi istifadə olundu.

Diqqətə alması gərəkən önəmli məqamlardan ağır vəviyyətdə olan Ermənistan ordusunun rəhbərlyində həbslər başlamasıdı. Həmçinin ölkə hakimiyyətinin dayağı sayılan Ermənistan polisində isə kütləvi istefalara start verilib.

Medianın yaydığı məlumata görə, Ermənistan ordusunun avtonəqliyyat xidmətinin rəisi, palkovnik (sərhəng) David Abramyan həbs olunub. Bu barədə erməni mətbuatı məlumat yayıb. Xəbərə görə ölkənin istintaq komitəsinin rəisi Sona Truzyan, Abramyanın komitənin baş hərbi istintiaq idarəsində araşdırılan cinayət işi çərçivəsində həbs olunduğunu deyib. Bundan əvvəl isə Ermənistan prezidenti Serj Sarksiyan əmri ilə Ermənistan müdaifə nazirinin maddi-texniki təhcizat üzrə müavini alik mirzəbekyan işdən kənarlaşdırılıb. İşindən qovulanlar arasında baş qərargahın kəşfiyyat idarəsinin rəisi general mayor Arşak Karapetyan, rabitə qoşunlarının və avtomatik idarəetmə sisteminin rəisi general-mayor Komitas Muradyan və bir neçə yüksək vəzifəli genirallarda var. Bəzi məlumatlara görə onlar təmas xəttində aprelin əvvəlində Azərbaycan ordusundan aldıqları sarsıdıcı zərbəyə görə işdən kənarlaşdırılıb. Bu arada Ermənistan polisində kütləvi istefalar başlayıb. Bu gecə Loriysk vilayət polisinin rəis müavini Ara Kapetyan və Quqarsk rayon polisinin şöbə rəisi Artur Şaxverdyan vəzifələrindən istefa verdiklərini bəyan ediblər.

Xatırladaq bununla əlaqədar ,Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat imzalayıb.

ATƏT-in rəsmi saytında yayılan məlumata görə, həmsədrlər İqor Popov (Rusiya), Ceyms Uorlik (Amerika Birləşmiş Ştatları), Pyer Andrienin (Fransa) imzaladığı bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin görüşməyinin vaxtı çatdığı deyilir.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture