/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güney Azerbaycanın Öyrenci günü qutlu olsun-Video

Güney Azerbaycanın Öyrenci günü qutlu olsun-Video

OğuzTV:Bugün 19 Ordibeheşt Güney Azərbaycan`da öyrənci günü adlanır.
İran adlanan yerdə əsir olan Güney Azərbaycan türkləri iranda olan öyrənci günlərrindən fərqli  olaraq 19 Ordibehşti öyrənci günü olaraq qutlayır.
Mayın 8  (ordibeheştin 19-u) Güney Azərbaycanda əlamətdar bir gündür və türk öyrəncilərinin böyük fədakarlıqlarının ildönümüdür. 9 may 1995-ci il (Hicri-şəmsi təqvimi ilə 1374-ci il) Təbriz və digər Azərbaycan universitetlərinin türk öyrənciləri, öyrənci mübarizəsində yeni tarixin təməlini qoyublar. Bu gün hər il türk öyrənciləri tərəfindən “Öyrənci Günü” kimi qeyd olunur.

Azərbaycan Milli azadlıq Hərəkatı illər  iran rejiminin qanlı basdırmaqları nəticəsində dərin susqunluğa boğulmuşdu ,ancaq 1995 ci ildə Azərbaycan milli hərəkati   Öyrənci Hərəkatının yaranmasıla tekrar canlandı və get gedə kütləviləşdi. 1995-ci ildə iran rejiminin rəsmi TV -Radiosunun yayımladığ bir anketdə türklərə böyük həqarətlər yağdıracaq sorular yerləşdırmışdı .
Sorğu vərəqəsinin yayılmasından sonra Azərbaycanlı öyrəncilərin Təbriz Universitetinin qarşısında etiraz eyləmləri aksiyası keçirməsi və milli hüquqların tələb edilməsi, bundan sonra Urmiya Universitetində və daha sonra bütün Azərbaycan Universitetlərində etirazların baş verdiyi xatırlanır. Bu tarixdən sonra isə 8 may (19 ordibeheşt) Azərbayan Öyrənci Günü kimi təyin edilib.
Oğuz Tv Öyrənci günü münasibətinə Azərbaycan öyrəncilərinə qutlu olsun deyib , bütöv Azərbaycan öyrəncilərinə başarılar diləyir.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture