/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İran, PKK ya ikinci Qəndil (kandil) qurmasında yardım edir

İran, PKK ya ikinci Qəndil (kandil) qurmasında yardım edir

OğuzTV: İraq Kürd Bölgəsəl Yönətimi (IKBY) Başçısı Məsud Bərzani’yə yaxınlığı ilə bilinən Əli Avni, terror təşkilatı PKK-nın, İran destəyi ilə Musul Sincar rayonunda, dağda tunel qazıb ikinci bir Qəndil kampı qurmaq istədiyini söylədi.

Avni, Anadolu Ajansı müxbirinə verdiyi açıqlamada, PKK-nın bölgədə çox təhlükəli bir silah halına gəlib bəzi ölkələrin kontratorluğunu üzərinə götürdüyünü bildirib. Təşkilatın böyük hissəsinin İranın nəzarətində olduğunu irəli sürən Avni, PKK tərəfindən aparılan siyasətin tamamilə İran və Bəşşar Əsəd rejimi tərəfindən formalaşdırıldığını iddia edib.

Tehran rəhbərliyinin, Ortadoğu da “Şiə Ayparası” adlandırılan planı həyata keçirmək üçün böyük səy göstərdiyini və bu planda PKK-nın önəmli rol oynadığını irəli sürən Avni, bunları qeyd etdi:

“Şiilər, İran-İraq arasındakı Qəsri Şirin dən (sərhəd qapısı) başlayıb, İraq, Suriya və Lübnana qədər uzanan avtomobil yolu əlaqəsini təmin etmək səyi içərisindədirlər. İraq mərkəzi hökuməti onsuz da Tehranın əlində. İran, Diyala vilayətinin Hanekin və Kərkükün güney bölgələrində bazalarını yaratmış durumda. PKK, İran üçün həm Kərkük, həm də Şəngal (Sincar) kimi kilid bölgələrdə bu kəmərin güvənliyini təmin edəcək”.

“PKK’nın Şəngaldeki varlığı Şiə Hilalı üçün həyati önəm daşıyır”. Deyən Avni, təşkilatın bölgədə işğalçılıq siyasətini davam etdirmək üçün stratejik Sincar dağında böyük ölanlar quduğunu deyib.

DAĞIN İÇİNƏ TUNEL QAZIB BAZA QURMAQ İSTƏYİRLƏR

Avni, “PKK, Şəngaldə İranın maraqlarına xidmət edəcək ikinci bir Qəndil qurma səyi içərisində. Dağın içərisində tunel qazıb özlərinə baza
Qurmaq istəyirlər. Ancaq oradakı Ezidiler və KDP bu planın fərqində”. Deyə danışdı.

Comments,Baxışınız
oguz gif telegram