/  
Ön yapraq » Oğuz xəbər » İzmirdə terror can aldı

İzmirdə terror can aldı

OğuzTv:Türkiyə İzmir Ədliyəsinin C Qapısı önündə bir avtomobildə partlayış baş verib. Partlayışdan sonra qarşıdurma çıxıb. Çıxan qarşıdurmada 2 terrorçu öldürülüb, 1 terrorçunun tutulmasına çalışılır. Xain terror hücumunda 1 polis və 1 ədliyyə işçisi şəhid olarkən, 10 nəfərin də yaralandığı bildirilir.

 

Oğuz TV nin İzmir muxbirin veriyi bilgiyə görə, İzmir Ədliyyəsinin Bayraqlı tərəfindəki C girişinin dərhal qarşısında bombalı maşın partladı. Partlayış sonrası qarşıdurma çıxdı. Partlayışdan sonra çıxan qarşıdurmada 2 terrorçu öldürülüb. 1 terrorçu aranır. Partlayışdan sonra hadisə yerinə çox sayda polis və tibb briqadası sövq edilib.  Özəl Polis Timləri, Terrorla Mübarizə qrupları qaçan terrorçunu axdarır.

 

Bombalı Maşınla Saldırı

 

İzmir Ədliyyəsinin hakim və savcılarının iqullandığı C Qapısı önünə iş çıxışına yaxın bomba yüklü avtomobillə gələn 3 terrorçunu güvənlıq qüvvələri fərq etdi. Güvənliq qüvvələri müdaxilə etdiyi zaman terrorçular bomba uüklü maşını partlatdı. Ədliyyənin yanısıra iş mərkəzlərinin də sıx olduğu bölgədəki binalarda böyük ziyan meydana gələrkən, güvənliq gücləri ilə terrorçular arasında qarşıdurma çıxdı.

 

2 TERRORÇU ÖLÜ ƏLƏ KEÇDİ

 

Terrorçulardan 2si hadisə yerində ölü ələ keçərkən, qaçan terrorçu ilə polislər arasında qarşıdurma bir müddət daha davam etdi.

 

Hücumda yaralanan 11 nəfər ambulanslarla ətrafdakı xəstəxanalara aparılarkən, ədliyyə içində də böyük panika çıxdı. Ədliyyəyə giriş və çıxışlar dayandırıldı.olay yerində ölü ələ keçən terrorçuların üzərində bomba olabiləcəyi ehtimalı üzərində bomba imha uzmanları gəlib.

 

VALİ EROL AYYILDIZ BƏYANAT VERİB

 

İzmirdəki xain terror hücumu sonrası Valisi Erol Ayyıldız bəyanatlar verdi. Vali Ayyıldız, “Başımız sağ olsun hamımıza keçmiş olsun. Ədliyyə önündən bir vasitə keçərkən polis məmurlarımızın dayandırmaq istəməsi nəticəsi bir qarşıdurma çıxdı. Bu münaqişədə içində olan terrorçular qaçarkən bombalı maşını partlatdılar və bunu nəticəsində də təəssüf ki, bir polislə bir xidmətçimiz şəhid oldu. Yaralı vətəndaşlarımız var. Müalicə görürlər. Şəhidlərə qəni qəni rəhmət diləyirik. Bu təcavüzü edənlər hüquq-mühafizə orqanlarımızın diqqəti nəticəsində çox az itkiylə amma içimizi yandıran bir şəkildə keçdik. Bu terroristlər ölü olaraq ələ keçirilib. Yanlarında 2 ədəd kalaşnikof tüfəng həmçinin RPG 7 və ona aid 7 ədəd patron olmaqla və 8 ədəd əl bombası ələ keçirilmiş”. Deyə danışdı.

Comments,Baxışınız
oguz gif telegram