/  
Ön yapraq » Oğuz xəbər » Turan » Kərkük də Türkmənlərlə kürd terroristləri arasında olan gərginliq artır
مهاجران کرد در کرکوک , دوباره در انتخابات تقلب کردند: تورکمان‌ها در کرکوک دست به اعتراض زدند

Kərkük də Türkmənlərlə kürd terroristləri arasında olan gərginliq artır

Oğuz TV: İraqın neftlə zəngin Kərkük vilayətində İraq Kürd Bölgəsəl Yönətiminin (IKBY) bayrağının dövlət binalarına çəkilməsinə dair qərarın əvvəlki gün rayon məclisində qəbul edilməsinin əks-sədaları sürür. Bu qərar Ərbil ilə Bağdad arasındakı ipləri gərərkən, Kərkükdə yaşayan Türkmənlərin etirazına maşın sürülməsi nəticəsində iki gəncin yaralanması gərginliyi daha da artırıb.

Oğuz TV nin aldığı bilgiyə görə, Hürriyyətə danışan Iraq Türkmən Cəbhəsi lideri Ərşad Salehi belə deyib: “Hadisələrin bu hala gəlməsinin pərdə arxasındakı ad Kərkük Valisi Nəcməddin Kərim. İraq Kürdüstan Yurdsevrlər Birliyindən (IKYB) olduğunu söyləsə də, biz özünün PKK-lı olduğunu çox yaxşı bilirik. Məqsədi ciddi şəkildə təxribat yaratmaq və bunları artırmaq. Alınan qərar qətiyyən qanuni deyil. Buna görə də məsələni Federal Məhkəməyə aparırıq”.

“MAŞIN SÜRDÜLƏR: “Qərar əlbəttə ki Türkmənlər içində qəzəb yaratdı. Bu gün (dünən) saat 13.00 sıralarında çox sayda Türkmən qeyri-hökumət təşkilatı qərara qarşı şəhərdə toplanaraq yürüş etdi. Rayon məclisindən tanıdığımız iki Kürd üzv vasitələri ilə yürüyüşün qarşısını almağa çalışdı. Vasitələrini təntənəli nümayişə tərəf sürdülər və iki gəncimiz yaralanıb. Gənclər xəstəxanada müalicə altında”.

“ATƏŞ AÇDILAR: “Çox pis şeylər olur. Iraq Türkmən Cəbhəsi binasına, küçələrə, evlərə asdığımız Türkmən bayraqlarına, Türkmən liderlərin portretlərinə güllə yağdırdılar. Bilinməyən şəxslər deyirlər, amma biz kimlər tərəfindən edildiyini təxmin edirik. Kərkük tikan üstündə. Bu qığılcımlar yaxşıca alovlanarsa, bölgədə böyük iğtişaş baş verəcək”.

“BMT DÖVRƏYƏ GİRMƏLİ: “Əlbəttə, hər kəs özünü qoruyacaq. Kərkük bir partlarsa, bu, həm bizim üçün, həm də Kürdlər üçün yaxşı nəticə verməz. Kərkük kiçik bir Ortadoğudur. Türkiyənin açıqlaması çox əhəmiyyətli. Sadəcə, Türkiyənin dövrəyə girməsi yetməz. BMT, ABD, Səudiyyə Ərəbistanı və İran adlanan ölkə kimi aktyorlar də dövrəyə girməli ki, Kürdləri aldıqları bu qərardan imtina etsinlər”.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture