/  
Ön yapraq » Oğuz xəbər » Kanada da Ermənilərin qondarma soyqırım iddalarına qarşı eyləm keçirilib

Kanada da Ermənilərin qondarma soyqırım iddalarına qarşı eyləm keçirilib

Oğuz TV: Kanadanın başkəndi Ottava da Kanadalı Türklər Barışvə Dayanışma Platformu tərəfindən “24 Aprel Barış və Dayanışma Yürüşü” keçirilib. Yürüşə Quzey və Güney Azərbaycandan da çox sayda soydaşımız qatılıb.

Oğuz TV muxbirinin Ottava dan verdiyi bilgiyə göre, Eyləm Kanada Federal Parlamentinin həyətində başladı. Burada toplaşan Ermənilərin aksiyalarına qarşı, marşlar və nəğmələr deyən Türklər, daha sonra Türkiyənin Ottava Səfirliyinə doğru yürüşə keçdi.

Yürüşə Ottava, Toronto, Montreal, Hamilton, Oakville, Mississauga və Burlington şəhərlərində yaşayan soydaşlarımız iştirak edib. Minlərlə Türk, marşrut boyunca 70 metr uzunluğundakı nəhəng Türkiyə və Kanada bayraqları ilə Erməni yalanlarına dair plakatlar qaldırdı.

Aksiyada Güney Azərbaycan İstiqlal Partiyası tensilcisi, Oğuz Türk söz alıb və Erməni soyqırımının bir cəfəngiyyat olduğunu və əksinə, türklərin və özellilede Azərbaycan Türklərinin ermənilər tərəfindən soyqırıma məruz qaldığını açıqlayıb. Aksiya Türkiyə milli himni oxunaraq sona çatdı.

     

Comments,Baxışınız
oguz gif telegram